NAZİM QULİYEVİN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (14 may) Nəsimi rayon məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın “İdeal” qəzetinin təsisçisi Nazim Quliyevə qarşı Cinayət Mvəcəlləsi 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilməli idi.

Hər iki tərəf prosesdə iştirak etsə də, cavabdeh tərəfin vəkili Elbrus Sarıvəlli özünü yaxşı hiss etmədiyini bildirərək, hakimdən məhkəmə prosesini təxirə salmağı xahiş etdi. Hakim E. Əhmədov məhkəmə prosesini 19 may saat 11.30-a kimi təxirə saldı.
Xatırladaq ki, T. Rüstəmxanlı və S. Mahmudova qaldırdıqları iddiada “İdeal” qəzetinin təsisçisi N.Quliyevin CM-nin 147.2, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barəsində ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş edirlər.
Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın 2008-ci il noyabrında Nəsimi rayon məhkəməsində N.Quliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırmış və hakim Elman Əhmədov N. Quliyev haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarmışdı. Lakin N.Quliyev məhkəməyə gəlmədiyinə görə barəsində axtarış elan olunmuş və 24 aprel 2009-cu ildə həbs olunmuşdur.
Qeyd edək ki, “İdeal” qəzetinin təsisçisinə qarşı Baş prokuror  yanında Korrupsiyaya qarşı  Mübarizə İdarəsi tərəfindən CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 311-ci (rüşvət alma) maddələri ilə də irəli sürülmüş  və ittiham üzrə hələ araşdırma gedir.
Previous Post

“XURAL” QƏZETİNİN MADDİ TEXNİKİ BAZASINDA “REGİONAL TƏHLÜKƏSİZLİK İNSTİTUTU” FƏALİYYƏT GÖSTƏRƏCƏK

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.