SƏYYARƏ HEYDƏROVANIN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Bu  gün (3 iyun) Bakı Apellasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə vətəndaş Səyyarə Heydərova və zərərçəkmiş Alim Babayevin verdikləri apellyasiya şikayəti əsasında keçirilməli olan məhkəmə prosesi baş tutmadı.

Dövlət ittihamçısı və zərərçəkmiş tərəf məhkəməyə gəlsə də, hakim Q.Məmmədov vətəndaş S.Heydərovanın səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyi barədə məhkəməyə arayış təqdim etdiyini bildirdi və prosesi 17 iyun saat 11:00-dək təxirə saldı.
Qeyd edək ki, S.Heydərovaya qarşı CM-nin 221.1 maddəsi (xuliqanlıq) ilə cinayət işi açılmış və Suraxanı rayon məhkəməsi tərəfindən 1 il sınaq müddəti ilə 2 il, 7 ay 15 gün şərti cəza kəsilmişdir.
Vətəndaş S.Heydərova Suraxanı rayon məhkəməsinin hakimi N.Mustafayevin onun iştirakı olmadan hökm çıxardığına  və məhkəmə təhqiqatı zamanı istintaqın kobud pozuntularla, saxtalaşdırmalarla aparılmasına görə apellasiya şikayəti verdiyini bildirib.
Zərərçəkən A.Babayevin apellasiya şikayəti verməsinə səbəb Suraxanı rayon məhkəməsinin  hakimi Nurəddin Mustafayevin vətəndaş S.Heydərovaya qarşı 1 il sınaq müddəti ilə 2 il, 7 ay 15 gün şərti cəza verilməsindən razı qalmaması olub.
Previous Post

“Müsavat” partiyasının fəalları İranın Azərbaycandakı səfirliyi qarşısında keçirdiyi aksiya

Next Post

“AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞI VİDADİ MƏMMƏDOV ÖLÜMLƏ HƏDƏLƏNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.