“AYI İŞİ” ÜZRƏ MƏHKƏMƏ PROSESİNİN QƏBƏLƏ RAYONUNDA KEÇİRİLMƏSİNƏ DAİR ŞİKAYƏT RƏDD EDİLDİ

19 avqust 2011-ci il tarixdə  Bakı Apelyasiya Məhkəməsi nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə  qarşı qaldırdığı iddia üzrə işə ərazi üzrə  Qəbələ rayon Məhkəməsində baxılmasına dair  adı çəkilən qəzetlərin  nümayəndəsi Vaqif Hüseynin   Yasamal rayon Məhkəməsinin  13 iyul 2011-ci il  tarixində çıxardığı   qərardadından verdiyi şikayət təmin etməyib.

Bu barədə bu gün (24 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Vaqif Hüseyn  məlumat verib.

Qeyd edək ki,  Yasamal Rayon Məhkəməsində keçirilən proses zamanı “Azadlıq” qəzetinin  nümayəndəsi vəsatətlə çıxış edərək işin Qəbələ rayon Məhkəməsinə verilməsini xahiş etmişdi. Hakim Elçin Qurbanov  isə vəsatəti müzakirə edərək təmin etməmişdi. Nümayəndə bu barədə çıxarılan qərardaddan apellyasiya  şikayəti  vermişdi.

 Xatırladaq ki, Anar Məmmədov “Azadlıq” qəzetinin  01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər”,   “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə eyni məqalənin çapı və “Yeni Müsavat”  qəzetinin 14 sentyabr tarixli sayında “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalələrində  özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək,  məhkəməyə müraciət edib və təzminat olaraq hər qəzetdən 250 000 (min) manat məbləğində pul tələb edir.  Müdafiə tərəfi “Kəmaləddin Heydərovun ayısını yedilər” məqaləsində A.Məmmədovun ayını Qəbələ rayonunda yerləşən istirahət mərkəzlərinin birində yeyildiyinin qeyd edilməsinə görə prosesin də adı çəkilən rayonda keçirilməsini istəyir.

Previous Post

MİTİNQÇİLƏRƏ OXUNACAQ HÖKM ERTƏLƏNDİ

Next Post

AZƏRBAYCANIN VƏTƏNDAŞ CƏMİYYƏTİ TƏŞKİLATLARININ SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTUNUN OFİSİNİN SÖKÜLMƏSİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.