BƏXTİYAR HACIYEVİN APELLYASİYA ŞİKAYƏTİNƏ BAXIŞ İYULUN 5-DƏ OLACAQ

Bu gün (23 iyun) Gəncə şəhər Apellyasiya Məhkəməsində hakim  Çingiz Məmmədovun sədrliyi ilə gənc ictimai fəal Bəxtiyar Hacıyevin apellyasiya şikayəti üzrə  məhkəmə hazırlıq iclası keçirilib.

Prosesdə Bəxtiyar Hacıyev, onun vəkili Əlayif Həsənov, Elçin Namazov  və digər tanınmış hüquqçular, media nümayəndələri iştirak ediblər.

Proses başlayarkən vəkil Əlayif Həsənov bir neçə vəsatət qaldırıb. Bunlar ilkin instansiya məhkəməsində qəbul olunmuş qərarların surətinin cavabdeh tərəfə təqdim olunması, Bəxtiyar Hacıyevin  pul girov qoymaqla  həbsdən azad edilməsi, 30-a yaxın ictimai xadimin onun  zaminə götürülməsi ilə həbsdən buraxılması ilə bağlı vəsatətlər olub.  Amma birinci instansiya məhkəməsində olduğu kimi Apellaysiya Məhkəməsində də  vəsatətlər əsasən rədd edilib. Hakim yalnız sənədlərin surətinin Hacıyeva verilməsi ilə  bağlı vəsatəti təmin edib.

            Daha sonra Bəxtiyar Hacıyevin məhkəməsi iyul ayının 5-i saat 12.00-a qədər təxirə salınıb.  

Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.
Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.  Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub. 18 mart 2011-ci il tarixində Nizami rayon Məhkəməsi  gənc fəal Bəxtiyar Hacıyevin  Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək  2 il müddətinə azadlıqdan məhrum olunması  barədə hökm çıxarıb.

 

 

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 23 İYUN 2011

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.