DAHA BİR QƏZETİN MƏHKƏMƏSİ BAŞLADI

Bu gün (30 aprel) Yasamal Rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə hazırda Müdafiə Nazirliyi Mənzil İstismar Xidməti Bölüyündə hərbi xidmətdə olan Mürsəlov Fərdi Teyyub oğlunun “Gündəlik Bakı” qəzetinə qarşı  qaldırdığı iddia əsasında məhkəmə hazırlıq iclası iddiaçının iştirakı olmadan keçirildi.

Prosesdə iştirak edən qəzetin baş redaktoru Habil Vəliyev hazırlıq iclasının iddiaçının iştirakı olmadan keçirilməsinə etiraz etmədi. Məhkəmə prosesi 26 may saat 12. 00-a təyin edildi.
         Xatırladaq ki, iddiaya səbəb  qəzetin 8 aprel 2008-ci il tarixli sayında “Mehman Hacalıyevin qanunsuz əməlləri bitmir” başlıqlı məqalə olub. Əsgər həmin məqaləni heç bir fakta əsaslanmadığını, yazılanların özünü və valideynlərini narahat etdiyini iddia edib. Bu səbəbdən o, qəzetin təkzib verməsini və 50 (əlli) min AZN məbləğində cərimələnməsini tələb edir.
*Mehman Hacalıyev Müdafiə Nazirliyi Mənzil İstismar Xidməti Bölüyünün rəisidir.

Previous Post

DAHA BİR QƏZETİN MƏHKƏMƏSİ BAŞLADI

Next Post

DAHA BİR QƏZETİN MƏHKƏMƏSİ BAŞLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.