HİLAL MƏMMƏDOV ANALİZ VERMƏKDƏN İMTİNA EDİB

Hüquq müdafiəçisi və “Tolışı sədo” qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədov qanı və sidiyindən narkomaniya ilə bağlı analizin götürülməsinə etiraz edib. Bu barədə  bu gün (20 iyul) Sülh və Demokratiya İnstitutu məlumat yayıb.

Məlumatda bildirilir ki,  H.Məmmədov müayinəyə iyulun 12-də aparılıb. O şəxsiyyətinin narkoman və narkomaniyanı yaymaq ittihamı ilə alçaldığını, onun DİN əməkdaşları tərəfindən qəddarlıqla döyüldüyünü əsas gətirərək müayinədən keçməkdən imtina edib. Bu barədə 7 nəfərdən ibarət ekspertiza komissiyası akt tərtib edib və H.Məmmədovun fikirləri akta qeyd edilib.
Habelə H.Məmmədov bir qapalı avtomobildə 20 nəfərə yaxın narkoman və vərəm xəstəsi ilə bərabər Zığda yerləşən Respublika Narkoloji Mərkəzə müayinəyə aparılarkən də hüquqlarının kobud şəkildə pozulduğunu bildirib. Belə ki, asma xəstəliyindən əziyyət çəkən H.Məmmədov darısqal bir avtomobildə, isti havada 20 nəfərə qədər adamla bərbər müayinəyə   aparılmağını da şəxsiyyətinin alçaldılması və həyatının təhlükə altında qoyulmağı kimi qiymətləndirib.
Xatırladaq ki, “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov bu il iyunun 21-də saxlanılıb. Onun haqqında  Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü  (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. İyunun 22-də Nizami rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçib. İyulun 3-də isə Hilal Məmmədova əlavə ittihamlar (CM-nin 274 (dövlətə xəyanət) və CM-nin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması)  maddəsi irəli sürülüb.
 

 

Previous Post

QUBADLI QAÇQINI ƏDALƏT TƏLƏB EDİR

Next Post

MİLLİ MƏTBUAT GÜNÜNƏ HƏSR OLUNMUŞ – AZAD MƏTBUAT YÜRÜŞÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.