HİLAL MƏMMƏDOV BARƏSİNDƏ 3 AYLIQ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ

“Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov barəsində Nizami rayon məhkəməsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə Obyektiv TV-yə müsahibəsində vəkil Anar Qasımlı məlumat verib.

O bildirib ki, iyunun 21-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baş redaktor barəsində Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi il(Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) cinayət işi açılıb. 33,074 qram heroini əldə edib saxlamada ittiham edilən Hilal Məmmədov saxlanıldıqdan sonra, polis onun evində də axtarış aparmış və köynəyinin cibindən narkotik maddə tapıldığını bildirmişdir.
 
Hilal Məmmədov isə ifadəsində narkotik istifadəçisi olmadığını və həbsinin hüquq müdafiəçisi, ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) "Tolishi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov baş redaktorun həbsinin onun peşə fəaliyyəti ilə bağlı olmadığını deyib. Zahidov bildirib ki, H. Məmmədov hüquq müdafiəçisi və jurnalist olduğu üçün deyil, konkret törətdiyi cinayət əməlinə görə həbs edilib.
Qeyd edək ki, 2007-ci ilin fevralında “Tolışi Sədo” qəzetinin əvvəlki redaktoru, Novruzəli Məmmədov vətənə xəyanətdə ittiham edilərək  10 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu ildə isə N.Məmmədov Penitensiar Xidmətin həbsxanasında vəfat edib.
Previous Post

ARİF HACILI AZADLIQDA

Next Post

Vidadi İsgəndərov “virtual futbol komandası”nda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.