Hüquq müdafiəçisinin atası polisə çağırıldı

mart 30th, 2017

Bəşir Süleymanlı: Bu, hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı növbəti təzyiqidir

Martın 30-da keçmis siyasi məhbus, hüquq müdafiəçisi Bəşir Süleymanlının Yevlax şəhərində yaşayan atası polis şöbəsinə çağırılıb.

Bu barədə B.Süleymanlının özü məlumat verib.

“Dünən Yevlax şəhərində yaşayan atamı polis idarəsinə aparıblar. Polis rəisi ondan Novruz bayramında rayona gəlməyim, yaxın qohumlarımla bağlı suallar verib.”

O, baş verənləri hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı növbəti təzyiqi kimi qiymətləndirib. Qeyd edib ki, bucürqanunsuz yolla onları fəaliyyətlərindən çəkindirmək istəyirlər.

Qeyd edək ki,Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) ictimai birliyinin icraçı direktoru olmuş B.Süleymanlı 2014-cü il mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. B.Süleymanlı 2015-ci il martın 18-də ölkə başçısının imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
Həmin hökmlə 5 il 6 ay həbs cəzaına məhkum edilmiş SMDT rəhbəri Anar Məmmədli də 2016-cı ilin mart ayında verilmiş
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, onların həbsini siyasi motivli sayaraq, seçki müşahidəçiliyi ilə məşğul olduqları üçün həbs edildiklərini bəyan etmişdilər.