2012-ci ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı insan haqlarının müdafiəsi uğrunda başlanan kampaniya çərçivəsində müsabiqəni keçirən Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya müraciət edilib. Müraciət kampaniyanın başlanmasına təşəbbüs göstərən təşkilatların rəhbərləri tərəfindən imzalanıb.
Müraciət müəllifləri Təşkilat Komitəsinin sədri Mehriban Əliyevadan bu problemlərin həlli üçün səylər göstərməsini xahiş ediblər, eyni zamanda bu istiqamətdə fəaliyyət göstərmək üçün Təşkilat Komitəsi ilə əməkdaşlıq etməyə, görüşməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, iyulun sonlarında vətəndaş cəmiyyəti nümayəndələri 2012-ci ilin mayında Azərbaycanda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı ““Eurovision-2012 Azərbaycanda: Azad musiqi qeyri-azad ölkədə?” adlı insan hüquqları kampaniyasına start veriblər. Kampaniyanın təşəbbüskarları Siyasi Azadlıqları Müdafiə Komitəsi (SAMA), İnsan Hüquqları Klubu (İHK), Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Sülh və Demokratiya İnstitutudur. Kampaniya qoşulmaq üçün yerli və xarici təşkilatlar üçün açıqdır.