HUMAN RIGHTS WATCH MÜLKİYYƏT HÜQUQUNA DAİR HAZIRLADIĞI HESABATI TƏQDİM EDƏCƏK

          Sabah Human Rights Watch təşkilatı saat 12:00–da “Hər Şeyimi Əlimdən Aldılar: Azərbaycan Paytaxtında Məcburi Köçürülmələr, Mülklərin Qeyri-Qanuni Özgəninkiləşdirilməsi və Sökülməsi” adlı yeni hesabatının təqdimatına həsr olunmuş tədbir keçirəcək. 

Belə ki, Human Rights Watch təşkilatının apardığı araşdırmalar nəticəsində Azərbaycanın hökumət qurumlarının Bakının dörd müxtəlif ərazisində yetərli məlumatlandırma və ya heç bir xəbərdarlıq etmədən və ya bəzən gecə yarısında çoxlu sayda ailələri evlərindən çıxarması və qeyri-qanuni olaraq onların mülkiyyətinin zorla özgəninkiləşdirməsi halları müəyyən edilmişdir. Bu hökumət qurumları evləri uçurtduqları zaman bəzi hallarda ev sakinlərin əşyaları içəridə qalmışdır.
            2012  Eurovision Musiqi Müsabiqəsinin keçiriləcəyi, hazırda tikintisi davam edən Bakı Kristal Zalının yaxınlığında, sahilyanı ərazidə yerləşən Dövlət Bayraq Meydanı bu hesabatda bəhs olunan dörd ərazidən biridir.
            Hesabat Süleyman Rəhimov küçəsi  185-də yerləşən  Diplomat Hotel-də təqdim ediləcək. Təqdimatçılar:   Jane Buchanan, hesabatın müəllifi və aparıcı tədqiqatçı, Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asia Bölməsi
Giorgi Gogia, Human Rights Watch təşkilatının Cənubi Qafqaz regionu üzrə aparıcı tədqiqatçısı.

 

 

Previous Post

MARTIN 2-DƏ ELMAR HÜSEYNOVU BİRLİKDƏ ANAQ!

Next Post

AZƏRBAYCAN İSLAM PARTİYASI BAŞ MƏCLİSİNİN ÜZVÜ NATİQ KƏRIMOV İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.