HƏBSDƏ OLAN JURNALİSTLƏRİN KASASSİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (9 dekabr) Ali məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, baş məsləhətçi Fərəməz Novruzoğlu və qəzetin əməkdaşı Ramiz Tağıyevin Apellyasiya məhkəməsinin 8 oktyabrda çıxardığı hökmdən verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Sərdar Əlibəylinin vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, Sərdar Əlibəylinin prosesdə iştirak etməsi ilə bağlı vəsatət təmin olunmayıb və   hakim Bakı Apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, “Azadlıq Hərəkatçıları Birliyi”nin sədri Təhmasib Novruzovun xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən 22 iyul 2009-cu ildə Nizami rayon məhkəməsi “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli və əvvəllər bu qəzetdə baş məsləhətçi işləmiş Fərəməz Novruzoğlu (Allahverdiyev) üç ay müddətinə azadlıqdan məhrum edilmişdir. Eyni hökmlə həmin vaxt qəzetin əməkdaşı olmuş Ramiz Tağıyev isə 6 ay islah işləri cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya məhkəməsi 8 oktyabr 2009-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar çıxardıqdan sonra hökm icra olunmuşdur.  
Həmçinin oktyabrın 9-da Daxili Qoşunlar (DQ) komandanlığında təmsil olunan bir neçə şəxsin Sərdar Əlibəyliyə qarşı qaldırdıqları xüsusi ittiham qaydasında iddiaya əsasən Nizami rayon Məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apelyasiya şikayəti üzrə çıxarılan qərara görə, Sərdar Əlibəyli əvvəlki cəzası da daxil olmaqla 4 ay azadlıqdan məhrum edilib.

Previous Post

MƏTBUAT ŞURASI MÜŞFİQ HÜSEYNOVUN AZAD OLUNMASI ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT EDƏCƏK

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.