HƏBSDƏ OLAN GƏNCLƏR HƏRƏKATI RƏHBƏRİNƏ TƏZYİQ EDİLİR

may 6th, 2008
 “Yeni Fikir” Gənclər Hərəkatının rəhbəri Ruslan Bəşirliyə qarşı saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən təzyiqlər edilir.

“Azadlıq” qəzetinin bugünkü (06 may) sayında verdiyi xəbərə görə, təzyiqlərin əsas səbəbi  Bəşirlinin  mətbuata qarşı basqılara son qoyulması və siyasi məhbusların azadlığa buraxılması tələbi ilə bir müddət bundan öncə jurnalistlərin keçirdikləri aclıq aksiyasına dəstək verməsi səbəb olub.  Məlumata görə həbsxana rəhbərliyi Bəşirlini Qobustan qapalı həbsxanasına  köçürəcəkləri ilə hədələyir.