ƏLİ ABBASOVA GÖNDƏRİLƏN SORĞU CAVABLANDIRILIB

Xəbər verdiyimiz kimi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ və Sərhədsiz Reportyorlar təşkilatı Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova elektron təhlükəsizliyi həyata keçirəcək dövlət qurumunun yaradılması ilə bağlı birgə sorğu göndərmişdi.

Avgustun biri  həmin sorğu nazirliyin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri R.Gülməmmədov tərəfindən cavablandırılıb.Cavab məktubunda bildirilir ki, Elektron Azərbaycan Dövlət Proqramının tədbirlər planına və Azərbaycanın “Kibercinayətkarlığa dair Konvensiya”ya qoşulması ilə əlaqədar Elektron Təhlükəsizlik üzrə Milli Mərkəzin (AZ – CERT) yaradılması nəzərdə tutulmuşdur və hal-hazırda bu sahədə dünya təcrübəsi öyrənilir. Qeyd edilir ki, dünyanın əksər ölkələrində milli CERT-lər fəaliyyət göstərir (məktuba həmin CERT-lərin əks olunduğu qrafik əlavə olunub).
Mərkəzi kompüter təhlükələrinə təcili tədbir heyəti olaraq milli İnternet məkanına və mövcud informasiya sistemlərinə gözlənilməyən, təsadüfi və qərəzli müdaxilələr barədə məlumatlar toplayacaq, yarana biləcək fəsadların aradan qaldırılması üçün tövsiyələr hazırlayacaq, yardım göstərilməsi üçün öz xidmətlərini təklif edəcək və s. Bu Mərkəz “az” domen zonasında fəaliyyət göstərəcək saytların hazırlanması və istifadəsi zamanı texniki, texnoloji və proqramlaşdırma sahəsində buraxılmış boşluqların aradan qaldırılmasında yardımçı olacaqdır. 
AZ – CERT kompüter təhlükələrinin yaranmasında bu və ya digər formada iştirak edən şəxslərin və qurumların fəaliyyətinin dayandırılması, resursların bağlanılması, İnternet ünvanların bloklanması və s. bu kimi səlahiyyətlərə malik olmayacaqdır. Bu kimi hallarda əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunacaqdır. 
    Bu Mərkəz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində fəaliyyət göstərəcək və informasiya təhlükəsizliyi ilə bağlı məsələlər üzrə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edəcəkdir.

Previous Post

JURNALİSTLƏRƏ MALİYYƏ YARDIMI EDİLİB

Next Post

RATİ ÖZ SAYTINDA GÖNDƏRDİYİ İNFORMASİYA SORĞULARININ SİYAHISINI YERLƏŞDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.