
Hadisədən dərhal sonra zərərçəkən Emin Milli və Adnan Hacızadə polisə şikayət ediblər. Polisdə gələn kimi təcili tibbi yardım istəyən gənc fəallar tibbi yardımla və müayinə ilə təmin olunmayıblar. Araşdırmanın əvvəlindən gənclərin vəkil tələb etmələrinə və vəkillərin polis şöbəsinə gəlməsinə və işə qoşulmaq istəməsini bildirməsinə baxmayaraq, polis vəkillərlə görüşməyə imkan verməyib. 5 saat sürən dindirmələrdən sonra polis zərərçəkmiş gəncləri Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsinə əsasən şübhəli şəxs qismində həbs edib, onları döyən şəxsləri isə azad buraxıb.
Emin Millli və Adnan Hacəzadə Səbael Rayon polis İdarəsində saxlanan zamanda polis nə vəkillərə nə də gənclərin gohumlarına heç bir rəsmi məlumat verməyib. Saxlandığı vaxtdan 16 saatdan çox müddətdə vəkillərin gənclərlə görüşməsinə və işə qoşulmasına imkan verilməyib. Yalnız bu gün (09 iyun) günorta saat 15:00 radələrində vəkillər saxlanılan gənclərlə görüşə bilmişdirlər.
RATİ və MHİ hesab edir ki, idman görkəmli şəxslərin və polisin qanunsuz addımları Emin Millinin və Adnan Hacızadənin Azərbaycan Konstitusiyasında və Avropa İnsan Haqları Konvensiyasında, insan haqları ilə bağlı digər beynəlxalq sənədlərdə nəzərdə tutulan – ifadə azadlığını, azadlıq və toxunulmazlıq hüququnu, işgəncəyə, qeyri insani rəftara və ləyaqəti alçaldan rəftara məruz qalmamaq haqlarını, zəruri hüquqi müdafiə imkanından istifadə hüququnu, ictimai və siyasi baxışlarına və fəaliyyətlərinə görə ayrı-seçkiliyə məruz qalmamaq haqlarını pozub.
RATİ və MHİ həmçinin bəyan edir ki, Emin Milli və Adnan Hacızadə azad düşüncə və azad fikri gənclər arasında yaydıqları üçün saxlanılıblar və beş ilədək həbsə atıla bilərlər. Analoji saxta ittihamlarla (Xuliqanliq maddəsi) höküməti sərt tənqid edən taninmış jurnalist, “Azadliq” qəzetinin baş redaktoru beynəlxalq ictimayət tərəfindən vicdan məhbusu kimi taninan Qənimət Zahid 4 il 6 ay müddətinə həbsə atılıb.
RATİ və MHİ Azərbaycan hökumətini gənc fəalları dərhal azad etməyə və onlara qarşı təxribat törədən və ciddi xəsarət yetirən şəxsləri məsuliyyətə cəlb etməyə çağırır.
RATİ və MHİ beynəlxalq ictimaiyyətə müraciət edərək, onlardan Azərbaycan hökumətindən gənc fəalları dərhal azad etməyi tələb etməyi çağırır.