REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Bakının Sulutəpə yaşayış sahəsində 5 jurnalistə qarşı hücumu qətiyyətlə pisləyir.

Belə ki, hadisə Dövlət Neft Şirkəti (ARDNŞ) mühafizəçilərinin qanunsuz tikildiyi iddia edilən evləri sökməsi zamanı baş verdi. Söküntünü lentə alan RATİ əməkdaşı İdrak Abbasov ARDNŞ mühafizəçiləri və polis işçiləri tərəfindən qəddarlıqla döyülmüşdür. Döyülmə nəticəsində jurnalist huşunu itirmiş və xəstəxanaya aparılmışdır. Sağ gözünə ciddi zədə alan Abbasovun başına aldığı zədələrin dərəcəsi məlum deyil.

Yeni Musavat qəzetinin əməkdaşı Günay Musayeva da hadisə zamanı jurnalistin yanında idi. O, ARDNŞ mühafizəçiləri tərəfindən fiziki təzyiqə məruz qalmış və xəsarət almışdır.

Daha üç journalist – RATİ əməkdaşları Elnur Məmmədov və Qalib Həsənov və Azadlıq Radiosunun əməkdaşı Esmira Cavadova taksi ilə hadisə yerinə gələn zaman ARDNŞ mühafizəçiləri maşının qabaq şüşəsini sındırmış və jurnalistləri maşından çıxarmış, təhqir etmiş və zorakılığa məruz qoymuşdur. Mühaifəçilər həmçinin jurnalistin kamerasını almağa cəhd ediblər.

RATİ ARDNŞ və polis işçiləri tərəfindən müstəqil mediaya qarşı törədilən qəddar addımdan narahatlığını bildirir. Bugünkü hadisələr dövlət başçısı İlham Əliyevin ifadə azadlığının təminatı ilə bağlı çıxışından bir gün sonra baş verib. Onun ictimai vədləri və bugünkü qəddar hadisələr arasındakı ziddiyyət dərin narahatlıq doğurur və Azərbaycan hökumətinin azad mediaya qarşı dözümsüzlüyünü nümayiş etdirir.

RATİ Azərbaycan hökumətini ifadə azadlığı hüququnu qorumağa çağırır. Bugün Sulutəpədə baş verənlər beynəlxalq qanunlara, o cümlədən Ümumdünya İnsan Haqları Bəyannaməsinə və Azərbaycanın BMT və Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə ziddir.

Previous Post

AZƏRBAYCANDA UŞAQLARA HİMAYƏDAR QAYĞI SİSTEMİ YARADILIR

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİ BARƏSİNDƏ MÜDDƏTSİZ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.