Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 8 sentyabr – Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə Azərbaycanda fəaliyyət göstərən bütün media nümayəndələrini təbrik edir və onları həmrəylik nümayiş etdirərək, söz azadlığı uğrunda birgə mübarizəyə səsləyir.
RATİ hesab edir ki, Azərbaycanda söz azadlığının vəziyyətinin günbəgün ağırlaşaraq acınacaqlı hala çatmasında təkcə hakimiyyətin müstəqil mətbuata amansız münasibətinin deyil, həm də jurnalistlərin həmrəyliyini yetəri səviyyədə olmamağının və bu həmrəyliyin ilbəil azalmasının nəticəsidir.
RATİ hesab edir ki, media ictimaiyyəti birgə toplanaraq, hazırkı acınacaqlı vəziyyəti yaratmış halları və ümumilikdə son illər mediada baş vermiş bütün hadisələri müzakirə etməli və çıxış yolları üçün vahid strategiya müəyyənləşdirməlidir.
RATİ hesab edir ki, media və söz azadlığı sahəsindəki problemlərin kökündən həll olunması üçün hakimiyyətin siyasi iradə nümayiş etdirməsi də vacibdir. KİV-in inkişaf etdirilməsi üçün müxtəlif qurumlar və fondlar yaradılmasına, maddi yardımlar ayrılmasına baxmayaraq, fikirlərini azad ifadə etdiklərinə görə insanların təqibinin davam etməsi onu göstərir ki, bütün bu addımlar beynəlxalq ictimaiyyətin gözünə pərdə asmaqdır.
RATİ Azərbaycan hakimiyyətini Azərbaycanın müstəqil və tənqidçi mediasına qarşı aqressiv yanaşmadan çəkinməyə və fikirlərini azad ifadə etdiklərinə görə müxtəlif saxta ittihamlarla dəmir barmaqlıqlar arxasına atılmış bütün şəxsləri, o cümlədən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi, “Gündəlik Azərbaycan” və “Realnııy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevi, “Bizim yol” qəzetinin müxbiri Müşfiq Hüseynovu, həmçinin 2 ay öncə həbs olunmuş bloqçular – Emin Milli və Adnan Hacızadəni dərhal azadlığa buraxmağa çağırır.
RATİ həbsdə olan media nümayəndələrini Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə təbrik edir və onlara tezliklə azadlığa qovuşmağı arzulayır.