RATİ-NİN ELMAR HÜSEYNOVUN QƏTLƏ YETİRİLMƏSİNİN 5-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətlindən 5 il ötməsinə baxmayaraq, bu qətlin üstünün hələ də açılmamasına görə Azərbaycan hakimiyyətini qınayır.

Belə ki, Azərbaycan iqtidarı qətli həyata keçirənlərin iki azərbaycan əsilli Gürcüstan vətəndaşıları olduğunu  iddia etsə də, nədənsə bu günə kimi bu qətlin sifaricşisinin kim ola bilməsini bir mənalı söyləmir. Qətlin ehtimal olunan icraçıları Teymuraz Əliyev və Tahir Xubanovun  ədalət mühakiməsi qarşısına çıxarılmasının mümkünsüzlüyünü isə Gürcüstan respublikası ilə Azərbaycan arasında cinatyətkarların ekstradisiyası haqqında müvafiq sazişin olmaması ilə əsaslnadırılır.
Elmar Hüseynov qətlə yetirildikdən sonra da hökumət üçün arzuolunmaz bir şəx olaraq qalıb. Belə ki, ictimaiyyətin jurnalistin xatirəsinin əbədləşdirilməsi ilə bağlı ölkə rəhbərliyinə çoxsaylı müraciətlərinə baxmayaraq, bu müraciətlər nəticəsiz qalmışdır. Bu isə  hökümətin Elmar Hüseynovun xatirəsinə yanaşmanın bariz nümunəsidir. Bu qətldən sonra Azərbaycanda jurnalistlər qətlə yetirilməsələr də, onlara qarşı  sui-qəsd cəhdləri, həbsə atılmalar və digər tədbirlər həyata keçirilmişdir. Son beş ildə 20 jurnalist peşə fəaliyətinə görə həbsə atılıb. Onlardan 4-ü, Qənimət Zahid, Eynulla Fətullayev, Emin Milli və Adnan Hacızadə hələ də həbsdədirlər. Son 5 ildə Azərbaycan hökümətinin söz azadlığına dözümsüzlüyü nəticəsində ölkə konstitusiyasına saxta referendum vasitəsilə söz azadləğını boğan müddəalar salınıb və bir cox qanunvericilik aktlarına mürtəce dəyişikliklər edilmişdir.
Bütün bunları nəzərə alaraq RATİ istisna etmir ki, Elmar Hüseynovun qətlinin arxasında məhz Azərbaycan iqtidarının yüksək çinli nümayəndələri durur.
RATİ Azərbaycan iqtidarını jurnalistin qətlinin obyektiv araşdırılması üçün qonşu və müttəfiq dövlətlərin hüquq mühafizə orqanları ilə birgə sıx əməkdaşlıq edərək qətldə günahı olan hər bir kəsi tezliklə cinayət məsuliyyətinə cəlb etməyə cağırır.
RATİ bir daha bəyan  edir ki, cinayətin üstü acılmayacağı təqdirdə bunun siyasi məsuliyəti bir qara ləkə olaraq Azərbaycan iqtidarının üzərində qalacaqdır.
RATİ  Azərvbaycan iqtidarını jurnalistin qətlində günahı olan şəxslri cinayət məsuliyyətinə cəlb etməyi, həbsdə olan jurnalistləri dərhal azadlığa buraxmağı və ölkədə söz azadlığını möhkəməndirərək inkşaf etdirə biləcək qnunlar qəbul etməyə çağırır.

Previous Post

ELMAR HÜSEYNOVUN EVİ QARŞISINDA ANIM MƏRASİMİ KEÇİRİLDİ

Next Post

ELMAR HÜSEYNOVUN EVİ QARŞISINDA ANIM MƏRASİMİ KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.