REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATI) tanınmış gənc bloggerlər Emin Milli (Abdullayev) və Adnan Hacızadənin ədalətsiz olaraq həbsdə saxlanılmasını qınayır. Ötən ilin bu günündə təşkil edilmiş təxribat nəticəsində həbsə atılan bloqçular hələ də əsassız olaraq həbsxana həyatı yaşayırlar.

RATİ hesab edir ki, bloggerlər internetdə hakimiyyəti tənqid etdikləri üçün siyasi sifariş nəticəsində həbs ediliblər. Belə ki, 08 iyul 2009-cu il tarixdə "Livan" restoranında baş vermiş təxribat hadisəsi zamanı hər iki bloggerin zədələr almasına baxmayaraq həbs edilmələri, bloggerlərə xəsarət yetirən şəxslərin zərərçəkmiş qismində tanınması, bloggerlərə ilkin tibbi yardımın göstərilməməsi, dərhal istədikləri vəkillə təmin edilməmələri, məhkəmə zamanı şahidlərin ziddiyyətli ifadələr verməsi və bloggerlərin əleyhinə verilən ifadələrin yalan olduğunu göstərən sübutların (fotoşəkillər, digər şahid ifadələri və s.) olmasına baxmayaraq onların azadlıqdan məhrum edilmələri barədə qərarın çıxarılması bunun göstəricisidir. Qeyd edək ki, Emin Milli (Abdullayev) 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan mərhum edilməsi ilə bağlı hökm çıxarılıb. Həmçinin apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

 

RATİ xatırladır ki, bloggerlər  yerli və beynəlxalq ictimaiyyət tərəfindən vicdan məhbusu kimi tanınıblar və həm yerli, həm də beynəlxalq ictimaiyyət onların dərhal azadlığa buraxılmasını tələb edir.

 

RATİ Azərbaycan hakimiyyətini bloggerlərin ədalətsiz həbsinə son qoyaraq, onları dərhal azadlığa buraxmağa çağırır. RATİ eyni zamanda hakimiyyəti söz və ifadə azadlığına hörmətlə yanaşmağa, bu sahədə üzərinə götürdükləri öhdəliklərə riayət etməyə və bloggerlərlə yanaşı digər vicdan məhbusu, jurnalist Eynulla Fətullayevi də dərhal azadlığa buraxmağa çağırır.

 

Previous Post

ABŞ DÖVLƏT DEPARTAMENTİ EYNULLA FƏTULLAYEV BARƏSİNDƏ ÇIXARILMIŞ YENİ HÖKMDƏN NARAHATDIR

Next Post

EMIN MILLI ve ADNAN HACIZADENIN HƏBS OLUNMALARININ İLDÖNÜMÜ İLƏ ilə bağlı ETİRAZ AKSİYASI KEÇİRİLIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.