REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan media ombudsmanı institutunun yaradılmasından və media ombudsmanın təyin edilməsindən imtina olunmağına  dair Milli Məclisin dekabrın 21-də “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Konstitusiya Qanununa  təklif olunan əlavə və dəyişiklikləri qəbul etməsini qətiyyətlə pisləyir.

Belə ki, Azərbaycan Respublikası Prezidenti  tərəfindən Milli Məclisə təqdim edilən Konstitusiya qanununa əlavə və dəyişiklik  layihəsində media ombudsmanın səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə, yəni hazırkı ombudsmana verilmiş olur. Prezidentin göndərdiyi layihədə “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” konstitusiya qanununa  yeni – 13-1 maddə əlavə edilib. “İnformasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri” kimi tövsiyə edilən 16 bənddən ibarət yeni maddə ilə  avtomatik olaraq hazırkı insan haqları üzrə ombudsmana  media omdudsmanının səlahiyyətləri verilmiş olur.

RATİ qeyd edir ki,  hazırkı ombudasmanın  hakimiyyətin dolayı nəzarəti altında fəaliyyət göstərməsi kimi qiymətləndirmələr var və buna görə də indiki ombudsmana  əlavə səlahiyyətlərin verilməsi yox, onun əslində insan haqlarını daha da yaxşı  və səmərəli şəkildə qoruması  sahəsində işinin təkmilləşdirilməsinə ehtiyac var.

RATİ media ombudsmanı institutunun yaradılmasından faktiki imtina olunmasını Azərbaycan hökumətinin informasiya azadlığını təmin etməkdə maraqlı olmadığını bir daha sübut edir.

RATİ  Azərbaycan hökumətini bu qərardan imtina etməyə və müstəqil media ombudsmanı institutunu yaratmağa çağırır.  

Previous Post

ALİ MƏHKƏMƏ EYNULLA FƏTULLAYEVİN ŞİKAYƏTİNƏ DEKABRIN 28-DƏ BAXACAQ

Next Post

FOTO REPORTYOR ELXAN KƏRİMOVUN DƏFN MƏRASİMİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.