REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)  avqustun 9-da  Fəxri Xiyabanda  “Obyektiv” TV-nin əməkdaşı Mirrəhim Həsənov  və “Bizim yol” qəzetinin əməkdaşı Sevinc Vaqifqızının (Abbasova) Xüsusi Dövlət Mühafizə İdarəsi əməkdaşları tərəfindən təzyiqə məruz qoyulmalarını qətiyyətlə pisləyir.

 

Belə ki, anasının vəfat etməsində həkimləri günahkar hesab edən və şikayətinin araşdırılmadığını əsas gətirən vətəndaş İlqar İbrahimovun  mərhum prezident Heydər Əliyevin məzarına şikayət  etməsi səhnəsini lentə alan “Obyektiv” onlayn televiziyasının əməkdaşı (Obyektiv TV  “Turan” İnformasiya Agentliyi və RATİ-nin birgə həyata keçirdiyi layihədir) Mirrəhim Həsənov və “Bizim yol” qəzetinin əməkdaşı Sevinc Vaqifqızı Xüsusi Dövlət Mühafizə İdarəsinin əməkdaşları tərəfindən təzyiqlə üzləşiblər. İlk olaraq jurnalistləri Fəxri Xiyabanın mühafizəçiləri saxlayıblar. Daha sonra onlar Xüsusi Dövlət Mühafizə İdarəsinin əməkdaşlarına təhvil verilib. Xüsusi Dövlət Mühafizə İdarəsinin əməkdaşları isə onları Prezident Aparatına apararaq M.Həsənovun kamerasında  olan RATİ-yə məxsus 100 manat dəyərində olan yaddaş kartını qanunsuz olaraq müsadirə ediblər. S.Vaqıfqızı isə əl telefonu ilə çəkdiyi şəkilləri adı çəkilən idarənin əməkdaşlarının tələbindən sonra özü silib.

 

RATİ hesab edir ki, eks-prezident Heydər Əliyevin məzarı xüsusi dövlət mühafizəsində olan obyekt deyil və bu məzarın foto və ya video lentə alınmağı qanunla da qadağan olunmur. Bu səbəbdən də Xüsusi Dövlət Mühafizə İdarəsinin əməkdaşları jurnalistlərin qanuni peşə fəaliyyətini icra etməklə qanunu kobud şəkildə pozublar. Habelə Xüsusi Dövlət Mühafizə İdarəsi səlahiyyət həddini aşmaqla və müvafiq prosedura qaydalarını pozmaqla protokollaşma aparmadan jurnalistin apardığı çəkilişi və RATİ-yə məxsus yaddaş kartını müsadirə edib.

 

RATİ   bu məsələyə görə izahat tələb etməklə bərabər dəymiş ziyanın ödənilməsi və  jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olan şəxslərin cəzalandırılmağını tələb edir.

 

Previous Post

PREZİDENT FƏRMANININ İCRASI UZADILIR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.