REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) avqustun 11-də axşam saatlarında
Sülh və Demokratiya İnstitutunun  Şəmsi Bədəlbəyli küçəsi 38 ünvanında yerləşən ofisinin sökülməsi zamanı jurnalistlərə qarşı zorakılıq edilməsini qətiyyətlə pisləyir.

Qeyd edək ki,  söküntü işlərinə nəzarət edən Dövlət Əmlak Komitəsinin əməkdaşı Yusif Qəmbərov  jurnalistlərə  təzyiq edib. Konkret olaraq o “Azadlıq” radiosu üçün çəkiliş aparan Turxan Qarışqanı (Kərimovu) itələyib və onu təhqir edib, habelə “Ayna-Zerkalo” qəzetləri və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasovu təhqir etməklə bərabər ona fiziki zor da tətbiq edib. Nəticədə jurnalist  sağ qolundan xəsarət alıb. Y.Qəmbərov İ.Abbasovun ərazidə foto çəkiliş aparmasına mane olub. Ondan RATİ-yə məxsua Nikon D-7000 markalı professional fotoaparatını almağa cəhd edib. Jurnalist hadisə ilə bağlı dərhal polisə rəsmi qaydada şikayət edib və bu gün məhkəmə tibbi ekspertizasından da keçib.

RATİ  Azərbaycan  hökumətini jurnalistlərin üzləşdiyi son zorakılıqla bağlı ciddi tədbir görməyə, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olan şəxs barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə cinayət işini başlamağa və təqsirkarı cəzalandırmağa çağırır.

Previous Post

İNSAN HÜQUQLARI KLUBUNUN BƏYANATI

Next Post

HƏFTƏNİN ƏSAS XƏBƏRLƏRİ 8 12 AVQUST

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.