Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova qarşı Azərbaycan hakimiyyəti tərəfindən mənəviyyatsız qara yaxma kampaniyasını qətiyyətlə pisləyir və buna son qoymağa çağırır.
Bir həftə bundan öncə isə İsmayılovaya oxşar intim xarakterli foto görüntülər göndərilmişdi. Bu fotolarla jurnalisti şantajla hədə edib hakim ailənin gizli biznesi barədə jurnalist araşdırmalarını dayandırmağı tələb ediblər. Elə həmin gün martın 7 də bu şantaja cavab olaraq İsmayılova açıqlamasında bildirmişdir ki bu hədəyə baxmayaraq o öz peşəkar jurnalist əqidəsindən geri dönməyəcək. Jurnalistin geri çəkinmək firndə olmadığını anlayan iqtidar İsmayılovaya qarşı qara yaxma kampaniyasını interentdə xüsusilə sosial şəbəkələrdə davam elətdirdi. Bunun ardınca martın 13 də hakim partiyanın rəsmi mətbu orqanı sayılan “Yeni Azərbaycan” qəzetində Xədicə İsmayılova və “Azadlıq” radiosunun digər əməkdaşları barədə barədə qara yaxma xarakterli böyük bir məqalə dərc olunub. Bu məqalə bu işin arxasında Azərbaycan iqtidarının olduğunu dolayısı ilə sübut edir.
X.İsmayılova Azərbaycan hakimiyyətinin ən yüksək çinli məmurları və onların ailə üzvlərini korrupsiyada süçlayan böyük ictimai rezonans doğuran jurnalist araşdırmalarının müəllifidir və o, bundan öncə də hakimiyyət yönlü qüvvələrin hədəfinə çevrilirdi.
Bu gün İsmayılovaya qarşı iqtidarın bu cür cılız və mənəviyyatsız hərəkəti Azərbaycanda ifadə azadlığı sahəsində durumun çox kritik və jurnalistlər üçün təhlükəli həddə çatdığına işarə verir. RATİ hesab edir ki, bu gün iqtidar barədə ciddi jurnalist araşdırmalarını aparan hər bir jurnalistin, xüsusilə Xədicə İsmayılovanın həyatı potensial təhlükədədir.
RATİ təəssüflə qeyd edir ki, Azərbaycanda hökumətin azad sözə qarşı dözümsüzlüyü jurnalist qətlləri və həbsləri ilə bitmir və hətta jurnalistlər şəxsi həyatlarına çirkin müdaxilələr səviyyəsinə qədər davam edir. Son 7 ildə Azərbaycanda iki jurnalist Elmar Hüseynov və Rafiq Tağı qətlə yetirilmişdi. Elmar Hüseynovun qətlini 40 günə açılmasını söz verən Azərbaycan iqtidarı bu 7 ildə Azərbaycan cəmiyyətinə jurnalistin qətli ilə bağlı bir mənalı cavab ver bilmir. Ümumilikdə jurnalistlərə qarşı yönələn cinayətləri demək olar ki, heç zaman açılmır. Bu isə dolayısı ilə bu cinayətlərin arxasında hakimiyyət maraqlarının durmasından xəbər verir.
RATİ Azərbaycan iqtidarından Xədicə İsmayılovadan əl çəkməyə, Elmar Hüseynovun və Rafiq Tağının qatillərini və bu qətllərin sifarişçilərini tapıb cəzalandırmağa siyasi sifarişlə həbsə atılan bütün jurnalistləri azad etməyə, və ifadə azadlığına və jurnalistlərə hörmətlə yanşmağa çağırır.
RATİ həmçinin Azərbaycanın üzv olduğu beynəlxalq qurumlara xüsusilə BMT, Avropa Şurası, və ATƏT rəhbərliyinə müraciət edərək onları Azərbaycanda ifadə azadlığının müdafiəsinə qalxmağı və Azərbaycan hökumətinə sərt tələblər irəli sürməyə çağırır.