
Xatırladaq ki, Aqil Xəlil “Zeytun bağları” ərazisində ağacların kəsilməsi ilə bağlı reportaj hazırlayarkən 22 fevral 2008-ci il tarixində biri Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmaqla iki nəfər tərəfindən döyülmüş, martın 13-də isə ürək nahiyəsindən bıçaqlanmışdı. Bıçaqlanma hadisəsindən sonra Xəlil “Lider” telekanalı tərəfindən hakimiyyətin “qara piar” kampaniyasına məruz qalmışdı.
RATİ yerli hüquq-mühafizə orqanlarını Xəlilə qarşı törədilmiş bu iki hücumu xüsusən “28 May” metro stansiyasında yerləşən təhlükəsizlik kameralarından istifadə etməklə dərhal araşdırmağa və jurnalistin təhlükəsizliyini təmin etməyə çağırır. RATİ eyni zamanda Azərbaycan hakimiyyətini jurnalistə qarşı əvvəllər baş vermiş sui-qəsd cəhdlərini araşdırmağa, söz azadlığı və insan haqları sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və həbsdə olan dörd jurnalisti (Mirzə Sakit, Eynulla Fətullayev, Müşfiq Hüseynov və Qənimət Zahidov) azad etməyə çağırır. Nəhayət, RATİ beynəlxalq ictimaiyyəti söz azadlığı və insan haqları sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün Azərbaycana təzyiq göstərməyi davam etdirməyə və bu sahələrdə irəliləyiş olmayacağı təqdirdə Azərbaycan hakimiyyətinə qarşı konkret sanksiyalar tətbiq etməyə çağırır.