BEYNƏLXALQ TƏŞKİLATLAR EYNULLA FƏTULLAYEVLƏ BAĞLI AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNƏ MÜRACİƏT ETDİLƏR

İnsan hüquqları müdafiəsi ilə məşğul olan  bir qrup  beynəlxalq QHT  məhbus jurnalist Eynulla Fətullayevin işi ilə bağlı Avropa Şurasının Nazirlər Komitəsinə növbəti müraciətini edib.

“Biz Avropa Məhkəməsinin Fətullayevin dərhal azad edilməyi barədə qərarın icra olunmamağına görə dərin narahatlıq keçiririk. Azərbaycan hökuməti  Fətullayevin azad olunması ilə bağlı heç bir addım atmır. İfadə azadlığına görə siyasi  əsaslarla həbs olunan Fətullayev hələ də  həbsdədir”, – deyə müraciətdə bildirilir.

            RATİ-yə daxil olan məlumata görə, Avropa Şurasının Nazirlər Komitəsinin  martın 8-də keçiriləcək iclasda Fətullayevin həbsi ilə bağlı dörd əsas məsələyə baxılacaq. Azərbaycan hökuməti tərəfindən beynəlxalq hüquq pozuntuları ilə əlaqədar; Məhkəmə qərarının qərəzli olması; həbsxanadakı müddətin düzgün hesablanmamağı; kompensasiyanın dərhal ödənilməsi, narkotik vasitə ilə şərlənərək saxta ittihamla həbsdə saxlanılması.

Müraciətti  aşağıdakı təşkilatlar imzalayıblar;

   1. Agnès Callamard, Executive Director, ARTICLE 19
   2. Nina Ognianova, Europe and Central Asia Program Coordinator, Committee to Protect Journalists
   3. Philip Leach, Director, European Human Rights Advocacy Centre
   4. David Kramer, Executive Director, Freedom House
   5. Ane Tusvik Bonde, Regional Manager for Eastern Europe and Caucasus, Human Rights House Foundation
   6. Natasha Schmidt, Assistant Editor, Index on Censorship
   7. Milica Pesic, Executive Director, Media Diversity Institute
   8. Bjørn Engesland, Secretary General, Norwegian Helsinki Committee
   9. Gugulethu Moyo, Executive Director, Media Legal Defence Initiative
  10. Sara Whyatt, Interim Executive Director, PEN International
  11. Jean-François Julliard, Secretary-General, Reporters Without Borders
  12. Virginie Jouan, Executive Director, Press Freedom and Media Development, World Association of
  13. Newspapers and News Publishers (WAN-IFRA)

Xatırladaq ki,  Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

            Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

 

 

 

Previous Post

ELMAR HÜSEYNOVUN HƏYAT YOLDAŞI AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT EDİB

Next Post

ELMAR HÜSEYNOVUN HƏYAT YOLDAŞI AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.