BEYNƏLXALQ TƏŞKİLATLAR AZƏRBAYCAN RƏSMİLƏRİNİN BLOGGERLƏRİ AZAD ETMƏMƏK İNADINI QINAYIR

Jurnalistlərin Müdafiə Komitəsi (JMK) blogger Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı iddiasının təmin olunmaması ilə bağlı qərardan narahat olduğunu ifadə edən bəyanatla çıxış edib və Apellyasiya məhkəməsini bloggeri azad etməyə çağırıb.

Jurnalistlərin Müdafiə Komitəsi (JMK) blogger Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı iddiasının təmin olunmaması ilə bağlı qərarda“Azərbaycan rəsmiləri həbsdə olan həmkarımızı azadlığa buraxmamaq üçün bəhanələr axtarmağı dayandırmalıdır. Biz Apellyasiya məhkəməsini qanunlara riayət etməyə və Adnan Hacızadəni azad etməyə çağırırıq” – deyə JMK-nın direktor müavini Robert Mahoni bildirmişdir.

 

    “Sərhədsiz Reportyorlar” təşkilatı da Azərbaycan rəsmilərinin bloggerlər – Emin Milli (Abdullayev) və Adnan Hacızadəni məhbəsdə saxlamaqla bağlı inadını qınayır.

 

    Qeyd edək ki, hakimiyyəti tənqid edən “Eşşəklə (Esel Heinz)  müsahibə” adlı videorolikə görə saxta xuliqanlıq ittihamı əsasında 2 il həbs cəzası alan Adnan Hacızadə cəzasının yarısını çəkdiyi üçün vaxtından əvvəl azad olunması barədə qaldırdığı iddia iyulun 26-da təmin olunmayıb.

 

    Xatırladır ki, Adnan Hacızadə və digər blogger Emin Milli 08 iyul 2009-cu il tarixində Bakıda “Lebonese” (Livan) restoranında təxribatçılar tərəfindən döyülərək xəsarət almalarına və zərərçəkmiş şəxs qismində şikayət etmələrinə baxmayaraq, polis  onlara xəsarət yetirənləri sərbəst buraxmış və gənclər barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi başlamışdır. 11 noyabr 2009-cu ildə məhkəmə Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

 

 

Previous Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.