BEYNƏLXALQ İCTİMAİYYƏT “AZADLIQ”, “AMERİKANIN SƏSİ” VƏ BBC RADİOLARININ FM DALĞASINDA YAYILMASINI QADAĞAN EDƏN QƏRARI QINAYIR

Bir çox beynəlxalq təşkilatlar Azərbaycan hökumətinin və Azərbaycan Milli Teleradio Şurasının “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının FM dalğalarında yayımlanmasını qadağan edən qərarını pisləyən bəyanatlar yayıblar.

Bəyanat müəllifləri hesab edirlər ki, Azərbaycanda  “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının qısa dalğa, internet və peyk kimi digər vasitələrlə dinlənilməsi  məhduddur və bu həmin radioların yayımının qadağan edilməsi deməkdir. Çünki yayım üçün alternativ kimi təqdim edilən bu vasitələr həm zəif inkişaf edib, həm də bahalıdır.
ATƏT tərəfindən verilən bəyanatda ATƏT-in Media Azadlığı üzrə Xüsusi  nümayəndəsi Mikloş Haraşti deyib: “İnformasiyanın sərbəst axınına sərhədləri açmaq ATƏT-ə üzv dövlətlərin 30 ildən də  əvvəl üzərinə götürdüyü insan haqları ilə bağlı Helsinki öhdəliklərindən biridir. Müxtəliflik nümayiş etdirən, ictimai xidmət göstərən mənbələrdən olan bir neçə radionun FM dalğalarında yayımını dayandırmaq ATƏT demokratiyası üçün geriyə doğru bir addımdır”.
( http://www.osce.org/item/35848.html)
ABŞ Dövlət Departamenti isə deyib: “Biz Azərbaycanın “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının yayım lisenziyalarını uzatmamaq barədə verdiyi qərara görə dərindən təəssüf edirik. Bu media vasitələri demokratik debatları, azad fikir və informasiya mübadiləsini dəstəkləməkdə çox əhəmiyyətli rol oynayırlar. Qərar həyata keçirilərsə, bu söz azadlığına ciddi əngəl törədəcək və Azərbaycanda demokratik islahatlara mane olacaq”. ( http://www.state.gov/r/pa/prs/ps/2008/dec/113522.htm)
“Azadlıq və Azad Avropa” Radiosunun Prezidenti Jefri Gedmin isə Praqada “Azadlıq və Azad Avropa” Radiosunun müxbirinə söyləyib: “Biz orada müstəqil, etibarlı, düzgün xəbər və informasiya mənbəyi kimi tanınırıq. Bizi və yeri gəlmişkən digərlərini – “Amerikanın səsi” və BBC radiolarını – yayımdan çıxarmaq bu ölkədə yaşayan insanların  vətəndaş cəmiyyətini inkişaf etdirmək və vətəndaş cəmiyyətini  qurmağa can atması üçün  olduqca  lazım olan vacib informasiyalardan məhrum edəcək”.
 ( http://www.rferl.org/content/Azerbaijan_Bans_RFERL_Other_Foreign_Radio/1364986.html)
Jurnalistlərin Müdafiə Komitəsi də bəyanat verib.  Bəyanatda Avropa və Mərkəzi Asiya üzrə koordinator Nina Oqnyanova deyib: “Biz Azərbaycanda müstəqil xəbər və informasiya vasitələrinə  qarşı davamlı sərt hücumlardan məyus olduğumuzu bildiririk və Prezident İlham Əliyevdən bu siyasi məqsədli qərarı ləğv etməsini xahiş edirik.  Beynəlxalq yayımçılar Azərbaycan dinləyiciləri üçün alternativ xəbərlər və baxışlar əldə etməkdə xilaskar rolunu oynayırlar. Bu addımı atmaq xalq üçün itki olacaq və onu nümayiş etdirəcək ki, Azərbaycan son illərdəki onsuz da yaxşı vəziyyətdə olmayan mətbuat azadlığı üzrə hesabatları yaxşılaşdırmaqda maraqlı deyil.” ( www.cpj.org)
     Sərhədsiz Reportyorlar isə bildirib: “Biz bu qərardan  özümüzü anlaşılmaz vəziyyətdə hiss edirik.  Prezident İlham Əliyev öz xalqını xəbərlər və informasiyalardan dəmir pərdə arxasında təcrid etməklə hansı təsiri bağışlamaq istəyir? Onlar keyfiyyətli xəbərlər vasitələrinə çıxışı əldən vermiş olacaqlar, lakin kimi günahlandırmalı olduqlarını da biləcəklər. Şübhəsiz ki, sonda onlar Azərbaycanın imicinə xələl gətirən hökumətin yeritmək istədiyi məhdudiyyətlərə uğurla sinə gərəcəklər. Radiolarla bağlı qərar strateji səhvdir”. ( http://www.rsf.org/article.php3?id_article=29833 )
Previous Post

ZAHİDOV QARDAŞLARININ ATALARININ YAS MƏRASİMİNDƏ İŞTİRAKINA ŞƏRAİT YARADILIB-YARADILMAYACAĞI SUAL ALTINDADIR

Next Post

RƏSMİ QƏZETLƏR BAHALAŞDIRILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.