AZƏRBAYCANDA TELERADİO YAYIM SAHƏSİNİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

Bu gün (5 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Media Hüququ İnstitutu və Slovakiyanın “Memo 98” təşkilatlarının iştirakı ilə Avropa Komissiyasının və “Marşall” fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azad Dalğalar” layihəsi çərçivəsində Azərbaycanda teleradio yayım sahəsinin tənzimlənməsi üzrə Beynəlxalq Konfrans keçirilib.

Konfransda teleradio yayım sahəsinin tənzimlənməsi, telekanalların və radioların fəaliyyətinin monitorinqi, teleradio yayımının tənzimlənməsi üzrə qanunvericilik təşəbbüsləri ilə bağlı çıxışlar olub.

Tədbirdə  yerli və beynəlxalq ekspertlər, həmçinin Rabitə və  İnformasiya Texnologiyaları Nazirliyi və İctimai Televiziyanın nümayəndələri çıxış ediblər.

Konfrans barədə martın 8-da geniş məlumat veriləcəkdir.

Previous Post

AVROPA ŞURASI RƏSMİLƏRİ EYNULLA FƏTULAYYEVLƏ GÖRÜŞÜBLƏR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.