EYNULLA FƏTULLAYEVƏ BEYNƏLXALQ DƏSTƏK DAVAM EDİR

Dünən (05 dekabr) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Bu barədə RATİ-yə Emin Fətullayevin özü məlumat verib: ”Eynullanın səhhətində heç bir problem yoxdur. Nəhayət ki, ona qəzet oxumağa da icazə verirlər, gündəlik qəzetlərlə də tanış olur. Eynulla Fətullayevə ABŞ-dan, İngiltərədən, Şotlandiyadan, hətta Nigeriyadan 260-a yaxın açıqca gəlib. Bütün  açıqcalarda “Biz sizin yanınızdayıq” şüarı qeyd olunub”.
Emin Fətullayev onu da qeyd etdi ki, Eynulla Fətullayevə Beynəlxalq Amnistiya Təşkilatının  təşəbüsü ilə dünyada başlanan dəstək kampaniyası davam edir.
Previous Post

JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİNİN HESABATI

Next Post

BREND HURDIN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.