DƏVƏTNAMƏ

Sizi 29 noyabr, saat 11:00- 13:00-dək “Park İnn otelinin Nəsimi zalında keçiriləcək “Elektron hökumət layihəsinin tətbiqinin texnoloji və hüquqi xüsusiyyətləri” adlı seminarda iştirak  etməyə dəvət edirik. Bu seminarda yerli ekspertlərin iştirakı ilə aşağıdakı mövzular ətrafında müzakirələr aparılacaq:

1.  BEST Solitions, ACTORS IT, Cybernetica təşkilatları tərəfindən elektron hökumət layihəsinin həyata keçirilməsi çərçivəsində görülmüş işlər;
    2. Bu şirkətlərin həyata keçirdiyi fəaliyyətlər üçün ayrılmış maliyyə vəsaitləri;
    3. Elektron hökumət layihəsinin tətbiqində olan mövcud problemlər
    Seminar bütünlükdə Yerli Təşəbbüslər üçün Kanada Fondu tərəfindən maliyyələşdirilir. Seminar “Park İnn” otelinin Nəsimi zalında, cümə axşamı günü, 29 noyabr 2012-ci ildə, saat 11:00-dan 13:00-a qədər keçiriləcək. Saat 11:15-dən 12:00-a kimi əsas hissə olacaq.  12:00-dan 12:15-ə kimi çay fasiləsi olacaq. Saat  12:15-dən 13:00-a kimi isə müzakirələr davam edəcək.
    Seminarla bağlı suallarınız və təkliflərinizi bu gunay@irfs.org elektron poçtuna yazmaqla və ya 012-408-80-02, 050-508-78-87 telefon nömrəsi ilə əlaqə yaradıb bildirə bilərsiniz.     

Hörmətlə,

Onlayn İfadə Təşəbbüsü Kampaniyasının üzvü və
RATİ sədri Emin Hüseynov

Previous Post

HƏBSDƏ OLAN BAŞ REDAKTORUN HƏYATINA TƏHLÜKƏ VAR

Next Post

ƏVƏZ ZEYNALLI GÜLƏR ƏHMƏDOVANIN MESAJLARINA CAVAB VERMƏDİYİNİ DEYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.