Xanımlar və cənablar,
Sizi 2010-cu il parlament seçkiləri kampaniyası dövründə milli televiziya və radio kanallarının tərəfimizdən aparılmış monitorinqinin nəticələrinə həsr olunmuş təqdimat mərasiminə dəvət etməkdən şərəf duyuruq.
Tərəfimizdən keçirilən bu tədbir 28 oktyabr, 2010-cu il tarixdə, saat 11:00-da Ləndmark Rotunda binasının Qaya Zalında (-1 mərtəbə) baş tutacaqdır.
Tərəfimizdən keçiriləcək təqdimatda seçkilərin televiziya və radio verilişlərində işıqlandırılması və həmçinin namizədlərin pullu və pulsuz efir vasitəsilə təbliğat-təşviqat kampaniyası məsələlərinin müfəssəl təhlili yer alacaqdır. Tədbirdə televiziya kanallarının, digər media qurumlarının, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin iştirakı gözlənilir.
Monitorinq layihəsi ATƏT-in Bakı Ofisinin dəstəyi ilə həyata keçirilir.
Adı çəkilən tədbirlə bağlı hər hansı bir sualınız olarsa, aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz.

(077) 398-48-38
Hörmətlə,
Emin Hüseynov