İNTERNET İDARƏÇİLİK FORUMU ÜZRƏ TƏLİMƏ DƏVƏT !

avqust 15th, 2012
İfadə Azadlığı Təşəbbüsü və DW-AKADEMIE Sizi “İnternet İdarəçilik Forumunun işıqlandırılması” adlı beş günlük təlimə dəvət edir.

Seminarın məqsədi İnternet İdarəçilik Forumunun təqdim olunması və bu tip mövzunun işıqlandırılmasına internet nöqteyi-nəzərindən yanaşmaların müzakirə olunmasıdır. Təlim müddətində iştirakçıların onlayn jurnalistikanın mahiyyəti barədə fikirlər irəli sürmək, janr məsələlərini və rəqəmsal media məzmunlarını müzakirə etmək imkanları olacaq, lakin seminar daha çox praktik mahiyyət daşıyacaq. İştirakçılar seminar müddətində web tapşırıqlar hazırlayacaq, onları tədqiq edəcək və təlimin internet saytında dərc edəcəklər.

Seminarın keçirilmə vaxtı və müddəti:
27-31 Avqust, 2012—saat 10.00 -17.00

Təlimin keçirilmə yeri:  RATİ ofisi, Rəşid Behbudov küç 8, mənzil 85/86