RATİ: Elmar Hüseynovun qətlini araşdırmaqdan imtina etməklə Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı cinayətlərin cəzasız qalmasına yardımçı olur


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan hakimiyyətinin qərəzli fəaliyyətsizliyini və jurnalist Elmar Hüseynovun qətlinin araşdırılmaqdan imtina etməyini pisləyir, Azərbaycanın hüquq mühafizə orqanlarını tanınmış, prinsipial tənqidçini həmişəlik susdurmaq məqdəsi daşıyan qəddar cinayətin sifarişçilərini və icraçılarını tapmağa çağırır.

İlham Əliyev hakimiyyətinin məşhur ifşaçısı olan Monitor jurnalının baş redaktorunu 2005-ci ilin martın 2-də Azərbaycanın paytaxtı Bakı şəhərində evinin kandarında güllələyiblər.

Səhəri gün prezident İlham Əliyev cinayətkarların qısa müddətdə tapılıb cəzalandırılacağını vəd etsə də, əslində hakim rejim son 14 ildə sifarişçilərin və icraçıların məsuliyyətə cəlb edilməməsi üçün mümkün olan hər şeyi etdi.

Qətldə Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymur Əliyevin əlinin olması ilə bağlı kiçik bəyanatlarla kifayətlənən Azərbaycan hakimiyyəti şübhəli şəxslərin Gürcüstandan ekstradisiyasının çətin olduğunu bəhanə gətirərək buna görə istintaqın davam etdirilməsinin mümkünsüz olduğunu deyir.

RATİ hesab edir ki, ekstradisiya ilə bağlı yaranmış çətinliklər bəhanədən başqa bir şey deyil, çünki ötən 14 il ərzində nə yerli, nə də beynəlxalq ictimaiyyətə hakimiyyətin şübhəliləri gətirmək cəhdlərinin sübutları təqdim edilməyib. Qətlin icrasında şübhəli bilinən Tahir Xubanov və Teymuraz Əliyevin adlarının İnterpol xətti ilə beynəlxalq axtarış bazasına salınmaması faktı yetərlidir. Bundan əlavə, istintaq tanınmış jurnalistin qətlinin sifarişçisinin axtarışı istiqamətində bir addım da atmayıb.

“Azərbaycanda hakimiyyətdə olan Əliyev klanının barışmaz jurnalistin şəxsiyyətinə qarşı neqativ münasibəti hətta onun qətlindən sonra da dəyişməyib, bütün bunlar ildən ilə ictimaiyyətdə tənqidçinin qətlinin arxasında məhz bu hakimiyyətin dayandığı şübhələrini artırır”, – deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov qeyd edib.

“Son 14 ildə hakimiyyətin altı tənqidçisinin heç birinin qətli sona qədər və effektiv araşdırılmayıb, bununla belə Elmar Hüseynovun qətli cəzasızlığın ən yüksək dərəcəsinin göstəricisidir”, – deyə Emin Hüseynov fikrini yekunlaşdırıb.

Azərbaycanda son beş ildə söz azadlığı ilə bağlı situasiyanın pisləşməsinin müşahidəsi göstərir ki, hakimiyyət aydan aya söz azadlığını daha çox məhdudlaşdırmağa çalışır. Arzu edilməyən teleradio şirkətlərin və müstəqil çap və onlayn KİV-lərin bağlanması, saxta ittihamlarla jurnalistlərin həbsləri, hakimiyyətin tənqidçilərinin davam edən məhkəmə prosesləri, məsələn, bu yaxınlarda jurnalist Mustafa Hacıbəyliyə çıxarılan hökm, internetin bloklanması, jurnalistlərin hərəkət hüququnun məhdudlaşdırılması, plüralizmin tam məhv edildiyi halda dövlət təbliğatının çiçəklənməsi, qanunvericiliyin sərtləşdirilməsi, mətbuata digər çoxsaylı təzyiq vasitələri göstərir ki, mövcud hakimiyyətin siyasi iradəsi əhalinin tənqidi düşüncəsini daraltmaq məqsədilə alternativ informasiyanın məhv edilməsinə yönəlib.

RATİ Azərbaycan hakimiyyətini jurnalist qətllərinin və onlara qarşı digər cinayətlərin araşdırılmasını dərhal bərpa etməyə, KİV-lərin və jurnalistlərin sərbəst fəaliyyətinə qoyulan bütün süni maneələri aradan qaldırmağa, bütün tənqidi səslərin təhlükəsizliyini təmin etməyə, söz azadlığı qurbanlarını dərhal həbsdən azad etməyə çağırır.

RATİ həmçinin Gürcüstan hakimiyyətini onun vətəndaşlarının azərbaycanlı jurnalistin qətlində əlinin olması ilə bağlı Azərbaycan hakimiyyətinin iddiasına aydınlıq gətirməyə çağırır.

RATİ BMT, Avropa Şurası, ATƏT, həmçinin insan hüquqları və demokratik dəyərlərə sadiq olan ölkələri Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə, ondan jurnalislətə qarşı cinayətlərin, o cümlədən Elmar Hüseynovun qətlinin araşdırılmasını tələb etməyə çağırırıq.

RATİ həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycanın vətəndaş cəmiyyətinə jusnalistlərə qarşı cinayətlərin alternativ araşdırmağa və Azərbaycanda media birliklərinin nümayəndələrinin fəaliyyətində təhlükə və risklərin aradan qaldırılmasına yardımçı olacaq preventiv tədbirlərin hazırlanmasına yardımçı olmağa çağırır.

Previous Post

AŞPA : “Mehman Hüseynova qarşı yeni ittihamların siyasi motivli olmadığına dair əsaslı sübut

Next Post

Hətta Beynəlxalq qadınlar günündə Azərbaycan hakimiyyəti zorakılıqdan əl çəkməyəcəyini hər kəsə göstərmək istəyir

Start typing to see posts you are looking for.