
Azərbaycanda jurnalistlərin fəaliyyəti hələ də təhlükə altında qalmaqdadır. 2005-ci ilin mart ayının 2-də öz mənzili qarşısında qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üstü hələ də açılmayıb və qətlin icraçıları hələ də tapılıb məsuliyyətə cəlb edilməmişdir. Bundan əlavə, 2009-cu ilin avqust ayında jurnalist Novruzəli Məmmədov zəruri tibbi yardım göstərilmədiyi üçün həbsxanada vəfat etmişdir və onun siyasi yönümlü həbsi ölüm həbsinə çevrilmişdir.
Hazırda Azərbaycan həbsxanalarında qanunsuz həbs edilmiş 7 jurnalist var. Eynulla Fətullayev, Qənimət Zahid və Müşfiq Hüseynov saxta ittihamlarla şərlənərək uzun müddətli həbsə məhkum olunublar. Sərdar Əlibəyli və Fərəməz Novruzoğlu böhtan ittihamları ilə həbs ediliblər və uyğun olaraq 4 ay və 3 ay müddətinə həbs ediliblər. Bundan başqa, ötən həftə internetdə Azərbaycan hökuməti barəsində tənqidi material yerləşdirdiklərinə görə iki gənc blogger – “Alumni Network” Gənclər Təşkilatının Koordinatoru, “AN” Onlayn Televiziyanın rəhbəri Emin Milli (Abdullayev) 2 il 6 ay müddətinə və “OL” Gənclər Təşkilatının koordinatoru Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər. “Amnesty International” Eynulla Fətullayevi və Qənimət Zahidi“, bu yaxınlarda isə Milli və Hacızadəni vicdan məhbusları elan edib.
2009-cu ilin başlanğıcından etibarən, “Amerikanın səsi”, “Azadlıq radiosu” və “BBC” Azərbaycanda yerli dalğalarda öz yayımını dayandırmaq məcburiyyətində qalıblar. Televiziya sahəsində vəziyyət də bu çox acınacaqlıdır. Azərbaycan dövləti tərəfindən maliyyələşən və Azərbaycan xalqının geniş spektrdə fikrini təcəssüm etdirə bilməyən üç televiziya kanalı var. Ötən yaz Azərbaycan Respublikasının Konstitusiyasına “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna və “Qeyri-hökumət təşkilatları və fondlar haqqında” Qanuna əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər QHT-lərin və KİV-in işini məhdudlaşdırmağa yönəlib.
2008-ci ilin prezident seçkiləri də daxil olmaqla 1995-ci ildən etibarən Azərbaycanda keçirilən heç bir seçki ədalətli hesab olunmayıb. Hökumət aparıcı müxalifət partiyalarına effektli şəkildə işləmək, toplaşmaq və etiraz etmək imkanını vermir. Bu yaxınlarda hökumət bir səxsin məhdudiyyətsiz olaraq prezident seçilməsini üçün qanunda olan məhdudiyyətlərini aradan qaldıran Konstitusiya dəyişikliklərini həyata keçiriblər. Elə bir müxalifət partiyası yoxdur ki, öz səlahiyyətlərindən kifayət qədər istifadə edə bilsin.
Azərbaycanda “Seçki Monitorinq Mərkəzi” 2008-ci ilin yazında, prezident seçkilərindən öncə, bağlandı. Ədliyyə Nazirliyi 3 iddia irəli sürdü və sonda Mərkəzin Vətəndaş Cəmiyyəti Təşkilatı kimi qeydiyyatının ləğvinə nail oldu. Həmin vaxt hökumət həmin təşkilatlar üçün şəraiti daha da pisləşdirmək üçün VCO qanunlarını dəyişməyə çalışırdı. Bu vəziyyət 2009-cu ildə də davam edir: Ədliyyə Nazirliyi başqa təşkilatları da bağlamaq üçün yollar aparır. İki həftə öncə onlar RATİ-yə yoxlama üçün gəlmiş və bu barədə elə həmin gün xəbərdarlıq ediblər.
Qərb və Şərqi Avropa Ölkələri Azərbaycanla əlaqələrini çox vaxt ölkənin enerji resurslarına müvafiq qiymətləndirirlər. Amma onlar digər amilləri də nəzərə almalıdırlar. Azərbaycan demokratik dəyərləri, qanunun aliliyini və insan haqlarına hörməti yaxşılaşdırmaq istiqamətində uzun yol keçməlidir. Sizdən xahiş edirəm ki, öz hökumətinizin nümayəndələri ilə görüş zamanı bu məsələlərə toxunasınız və Azərbaycanda ifadə azadlığını təmin etməkdə və neqativ fikirlərin aradan qaldırılmasında iş görməyə onları həvəsləndirəsiniz.
Hörmətlə,
Emin Hüseynov
Reportyorların Azadlıq və
Təhlükəsizlik İnstitutunun sədri”