RATİ SƏDRİ YUNESKO-NUN BAŞ DİREKTORU İLƏ GÖRÜŞÜB

            Mayın 1-dən 3-ə qədər Vaşinqtonda YUNESKO tərəfindən keçirilən 3 may Dünya Mətbuat Azadlığı Günü ilə bağlı tədbirdə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov da iştirak edib.

Hüseynov Azərbaycanda söz və ifadə azadlığının vəziyyəti ilə bağlı hazırlanmış xüsusi müraciəti tədbir iştirakçılarına paylayıb. O, bir sıra media ekspertləri, söz və ifadə azadlığı sahəsində fəaliyyət göstərən QHT-lərin rəhbərləri, jurnalistlərlə görüşüb. YUNESKO-nun Baş Direktoru İrina Bokova ilə görüşündə Hüseynov Azərbaycanda həbsdə olan jurnalist Eynulla Fətullayevin məsələsini qaldırıb, onun azadlığa çıxması üçün YUNESKO tərəfindən səylərin artırılmasını xahiş edib.      

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 9 MAY 2011

Next Post

GƏNC FƏALLARIN VƏKİLLƏRİNƏ TƏZYİQLƏR EDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.