Oktyabrın 6-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Ümumi Yığıncağının iclası keçirilib. RATİ-nin ofisində baş tutan iclasda İctimai Birliyin Nizamnaməsinə uyğun olaraq növbəti iki il müddətinə İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının üzvləri və birliyin sədri seçilib.
Ümumi Yığıncağın iclasında İctimai Birliyin üzvlərindən 22 nəfər iştirak edib. İclasda Birliyin sədrinin seçilməsi üçün keçirilən səsvermənin nəticəsinə əsasən Hüseynov Emin Rafik oğlu növbəti iki il üçün Birliyin sədri seçilib. İclasda İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvləri də seçilib. Say Komissiyasının açıqladığı səsvermənin nəticələrinə əsasən Birliyin İdarə Heyətinə 7 nəfər üzv seçilib. Onlardan 3-ü qadın, 4-ü kişidir. Nəzarət-Təftiş Komissiyasına seçilən 5 nəfərdən 4-ü qadındır.