JURNALİSTLƏR ÖLÜMLƏ HƏDƏLƏNİR

Bu gün (30 yanvar) saat saat 18:30 radələrində özünü Malik Əliyev kimi təqdim edən şəxs "Azadlıq" radiosu və "Turan"ın Naxçıvandakı müxbiri Məlahət Nəsibovaya zəng edərək onu hədələyib.

Bu barədə RATİ-yə M. Nəsibova özü məlumat verib: "Əvvəlcə həmin şəxs günorta saatlarında mənə zəng vuraraq bildirdi ki, mənim sizinlə heç bir işim yoxdur. Siz qadınsınz və mənim sizə böyük hörmətim var. Mənim əsas işim Həkimeldostu Mehdiyev,  Elman Abbasov və RATİ-nin rəhbəri Emin Hüseynovladır".
M. Həsənova qeyd etdi ki, bu barədə "Azadlıq" radiosuna məlumat verib və bu xəbər saytda yerləşdiriləndən sonra həmin şəxs yenidən ona zəng edib: "O mənə dedi ki,  sizin hamınızı öldürəcəyəm. RATİ və "Yeni Müsavat" qəzeti ermənilərə xidmət edir. Ümumiyyətlə bu adamın nə istədiyi məlum deyil. Bilmirəm bunu öyrədirlər, yoxsa ruhi xəstədir".
Xatırladaq ki, özünü Malik Əliyev kimi təqdim edən şəxs dünən RATİ-nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasova, "Azadlıq" radiosunun və "Turan"ın Naxçıvan müxbiri Məlahət Nəsibovaya hədə-qorxu gəlib.
Previous Post

XARİCİ İŞLƏR NAZİRİ XARİCİ RADİOLARLA BAĞLI HELSİNKİ KOMİSSİYASINA MƏKTUB GÖNDƏRİB

Next Post

RATİ-NİN NAXÇIVANDAKI BÖLGƏ MÜXBİRİ DÖYÜLDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.