RATİ SƏYYAR QƏZET SATICILARININ TƏZYİQLƏRƏ MƏRUZ QALMASI İLƏ BAĞLI ARAŞDIRMA APARIR

“Bizim yol” qəzetinin 15 fevral 2008-ci il tarixli sayında  məlumat verilmişdi ki, hər gün onlarla səyyar qəzet satıcıları tutularaq polis bölmələrinə aparılır, qəzetlər əllərindən alınaraq, cərimə olunurlar.

Bu məsələni aydınlaşdırmaq məqsədilə RATİ  Daxili İşlər nazirinə müraciət, Bakı Şəhər Baş Polis İdarəsininin rəisinə və Bakı şəhərinin bütün rayon polis idarələrinin rəislərinə isə informasiya sorğusu göndərib. Nazirə göndərilən müraciətdə bu məsələni araşdıraraq, müvafiq göstərişlərin verilməsi və bu barədə RATİ-ni məlumatlandırması xahiş olunub. İnformasiya sorğularında isə idarə rəislərinə baş vermiş hadisə ilə bağlı konkret suallar verilib.
Previous Post

RATİ SƏYYAR QƏZET SATICILARININ TƏZYİQLƏRƏ MƏRUZ QALMASI İLƏ BAĞLI ARAŞDIRMA APARIR

Next Post

BMT-NİN AZƏRBAYCANDA MEDİA AZADLIĞI ÜZRƏ HESABATI HAZIRDIR

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.