ELMAR HÜSEYNOVUN DOĞUM GÜNÜ İLƏ ƏLAQƏDAR RATİ-NİN KEÇİRDİYİ KAMPANİYAYA BİR SIRA TƏŞKİLATLAR QOŞULUB

İyulun 11-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) "Monitor" jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun doğum günü (17 iyul) ilə əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət ünvanlamışdı.

Müraciət vasitəsilə RATİ Elmar Hüseynovun xatirəsinin onun doğum günündə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin qarşısında aksiyalar keçirməklə və ya onlayn qaydada banerlər yerləşdirmək vasitəsilə  anılmasını təklif etmişdi. RATİ bununla bağlı xüsusi şüarlar hazırlayıb və onları öz saytında yerləşdirib (həmin şüarların əldə edilməsi üçün linklər məlumatın sonunda təqdim olunur).

RATİ bir daha yerli və beynəlxalq ictimaiyyətə müraciət edərək onları Elmar Hüseynovun doğum günü ilə əlaqədar keçirilən kampaniyaya qoşulmağa çağırır. Anım günü ilə əlaqədar keçirilən tədbirlərin fotoşəkillərini bizə göndərə bilərsiniz (irfs.az@gmail.com). Həmin foto şəkillər RATİ-nin saytında yerləşdiriləcək.
RATİ qeyd edir ki, artıq bir sıra yerli təşkilatlar öz saytlarında banerlər yerləşdirməklə bu kampaniyaya qoşulublar:
Media Hüququ İnstitutu (MHİ)

http://www.mediarights.az/index.php?lngs=aze&id=185

“Mediaforum” saytı 

http://mediaforum.az/img/banners/ehuseynov2.jpg

Hüquq Maarifçiliyi Cəmiyyəti

http://www.monitoring.az/index.php?lngs=aze&cats=1&ids=661

“Turan” İnformasiya Agentliyi

http://turan.az/

Qeyd edək ki, bir neçə nüfuzlu beynəlxalq qurum da sabah bu kampaniyaya qoşulmağı planlaşdırır.
Linklər:
 

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,81/

http://www.irfs.az/component/option,com_remository/Itemid,32/func,fileinfo/id,19/

http://www.irfs.az/component/option,com_remository/Itemid,32/func,fileinfo/id,18/lang,az/

 

Previous Post

AQİL XƏLİLİN DÖYÜLMƏSİ FAKTI İLƏ BAĞLI CİNAYƏT İŞİNİN TALEYİ SABAH BƏLLİ OLACAQ

Next Post

DƏVƏTNAMƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.