RATİ AVQUSTDA PULSUZ VEB JURNALİSTİKA TRENİNQİ TƏŞKİL EDƏCƏK

4-22 avqust 2008-ci il tarixdə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Avropa Şurasının maliyyə dəstəyi ilə bloqçular, onlayn jurnalistləri, veb saytı olan qəzetlər və onlayn xəbər agentlikləri üçün veb jurnalistika treninqi keçirəcək.

Pulsuz təklif edilən bu treninq hər gün səhər saat 09.00-dan 13.00-dək Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində keçiriləcək və şəkillərin və videoların internetdə yerləşdirilməsi, Youtube-la işləmək, bloq yaratmaq, veb saytların dizaynı və media institutları üçün internet reklamı da daxil olmaqla müxtəlif mövzuları əhatə edəcək.
Treninqin ilk həftəsi RATİ-nin özünün İT mütəxəssisi tərəfindən, ikinci həftəsi yerli bir mütəxəssis tərəfindən, üçüncü həftəsi isə Praqa Azadlıq Radiosundan Anton Çiriayev tərəfindən həyata keçiriləcək. Treninqə həmçinin medianı və peşəkar reportaj hazırlamaq bacarıqlarını nizamlayan yerli qanunvericiliklə bağlı məşğələ də daxil ediləcək. Bu treninqlər Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin professoru Zeynal Məmmədli və Media Hüquq İnstitutunun (MHİ) direktoru, vəkil Rəşid Hacılı tərəfindən aparılacaq.
Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar diplom alacaqlar.
İştirak etmək arzusunda olan hər bir kəs ərizəni doldurub, cümə axşamı – 31 iyul 2008-ci il axşam saat 10:00-a qədər irfs.az@gmail.com e-mail ünvanına göndərə bilər. Ərizə forması aşağıda əlavə edilib və həmçinin RATİ-nin saytından yüklənə bilər.

Daha ətraflı məlumat almaq üçün (050) 398-4838 nömrəli telefonla Emin Hüseynova zəng edə bilərsiniz.

 
 
 
                                    VEB JURNALİSTİKA TRENİNQİ ÜÇÜN ƏRİZƏ FORMASI

*Ərizəni 31 iyul 2008-ci il axşam saat 10:00-a qədər irfs.az@gmail.com emailinə göndərməyinizi xahiş edirik.

Ad:

İş yeri:

Email:

Mobil Telefon:

Ev telefonu:

Nə üçün bu treyninqdə iştirak etmək istəyirsiniz?

Jurnalistika və webjurnalistikası ilə əlaqəli hər hansı təcrübəniz var?

Previous Post

TƏZYİQƏ MƏRUZ QALMIŞ JURNALİSTLƏRLƏ BAĞLI ELEKTRON MƏLUMAT BAZASININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ

Next Post

TƏZYİQLƏ ÜZLƏŞMİŞ JURNALİSTLƏRİN MƏLUMAT BAZASININ TƏQDİMATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.