CƏMİL HƏSƏNLİ JURNALİSTİN İCTİMAİ MÜDAFİƏSİNƏ BAŞLAYIB

Bu gün Beynəlxalq  Mətbuat Mərkəzində  “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin Müdafiə Komitəsin ilk toplantısı keçirilib.

Açılışda çıxış edən Xelsinki Vətəndaş Assambleyasının Azərbaycan bölməsinin sədri Arzu Abdullayeva qeyd etdi ki, Komitənin sədri kimi  millət  vəkili Cəmil Həsənlidir çünki  o Aqil Xəlilin ictimai müdafiəsi ilə məşğul olmaq təklifini qəbul edib.
Bundan sonra çıxış edən Cəmil Həsənli Prokurorluq tərəfindən mənəvi terrora məruz qalan Aqil Xəlillə bağlı ictimai vəkil vəzifəsini üzərinə götürdüyünü və bunun məsuliyyətini dərk etdiyini bildirdi . “Artıq dünəndən (10 aprel) mənə anonim sms-lər gəlir. Mən bu vəzifəni üzərimə götürdüyümə görə həmin smslərdə təhqiredici, müəyyən hədələyici məqamlar var. Nömrələr mobil telefonuma düşsə də, mən həmin şəxsləri tanımıram. Və mən bunun davam edəcəyini gözləyirəm” deyərək xüsusi vurğuladı.
 Millət vəkili Aqil Xəlilə bağlı olaydan emosional danışaraq telekanallara çağırış səsləndirdi: “Mən bütün telekanalları bu istiqamətdə verilən materialları efirə verməməyə çağırıram. Bu Azərbaycan xalqının mənəviyyatına, əxlaq davranışlarına qarşı yönəlmiş bir biabırçılıqdır. Azərbaycan xalqını bu cür avam hesab etmək olmaz. Belə cəfəngiyatı cəmiyyətə sırımaq olmaz. İstintaqın gedişində müəyyən suallar ortaya çıxır: Necə olur ki, yüngül həyat tərzi keçirən qadın “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun, “mavi” adlandırılan Strekalin Aqil Xəlilin yolunun üstünə çıxır. Bu qanunsuz əməldir. Vətəndaş hüquqlarının kobud şəkildə pozulmasıdır.  Jurnalist öz peşə vəzifəsini yerinə yetirərkən belə təxribatla üzləşməməlidir. Bu terrorun arxasında hüquq mühafizə orqanları dayanır”. 
            Konfransda çıxış edən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də bu məsələyə münasibət bildirərək, müstəqil mətbuatın iqtidar tərəfindən sıxışdırıldığını vurğuladı. Əliyev bildirdi ki, cəmiyyəti belə addımlarla seçkilərdən qabaq susdurmağa və seçkilərdən hər cür yollarla yayındırmağa çalışırlar: “Mən vətəndaş cəmiyyətini bununla razılaşmamağa çağırıram”.
             Jurnalistika məktəbinin rəhbəri  Zərdüşt Əlizadə ölkəmizdə jurnalistlərə qarşı olan təzyiqləri söz azadlığını məhv etmək istəyi  kimi qiymətləndirdi. Və bunun səbəbini bu əməllərin arxasında dayanan şəxslərin öz işlərini rahatlaşdırmaq istəyi kimi izah etdi.
 *Cəmil Həsənli ilə yanaşı təhqiredici və hədələyici sms-lər “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev və “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov və bir sıra digər şəxslər də alıb.

Previous Post

STREKALİNİ TANIYAN ŞƏXS ONUN KİMƏSƏ ZƏRƏR YETİRƏ BİLƏCƏYİNƏ İNANMIR

Next Post

AQİL XƏLİL EKSPERT MÜAYİNƏSİNDƏN KEÇİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.