JURNALİST DÖVLƏT RƏSMİLƏRİNƏ MÜRACİƏT EDİB

Müstəqil şəkildə fəaliyyət göstərən jurnalist Məğrur Bədəlsoy RATİ-yə bildirib ki, o 15.12.2007-ci il tarixdə prezidentə, Baş Prokurora  və Daxili İşlər nazirinə  müraciət edib.


Müraciətdə jurnalistin müraciət hüququnun zorla pozulması, onun təhqir və təzyiqlərə məruz qalması göstərilir. Bu əməlləri törətmiş şəxslər barəsində cinayət işinin qaldırılması tələb olunur.

Xatırladaq ki, Məğrur Bədəlsoy  Daxili İşlər naziri Ramil Usubovun qəbuluna düşmək üçün əvvəlcədən qeydiyyata alınmış və dekabrın 15-də nazirlə görüşməliymiş. Lakin Baş istintaq və təhqiqat idarəsinin əməkdaşları onu zorla otaqdan çıxarmışdılar. Bədəlsiy 3 saatdan artıq 9-cu polis bölməsində saxlanılmış və o təhqir edilmişdi.

 

Previous Post

QƏNİMƏT ZAHİDİN HÖKMÜ HAZIRDIR

Next Post

KİV MƏSƏLƏSİNƏ XÜSUSİ DİQQƏT GÖSTƏRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.