JURNALİST GÜLNAZ QƏNBƏRLİNİN İDDİASI TƏMİN EDİLMƏYİB

Jurnalist Gülnaz Qənbərlinin “Sevinc Osmanqızının jurnalı” dərgisinin baş redaktoru Sevinc Osmanqızına (Mirzəyeva) qarşı iddiası təmin olunmayıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Gülnaz Qənbərlinin özü məlumat verib. O bildirib ki, 2009-cu ilin aprel ayından oktyabr ayınadək “Sevinc Osmanqızının jurnalı”nda işləsə də, işdən çıxdıqdan sonra baş redaktor Sevinc Osmanqızı bu barədə onun əmək kitabçasında qeyd aparmaqdan imtina etdiyinə görə məhkəməyə müraciət edib. “Yasamal rayon məhkəməsinin hakimi Xaqani Tağıyev bu gün (27 iyul) keçirilən son məhkəmə prosesində iddianın təmin edilməməsi barədə  qərar çıxarıb” – deyən Gülnaz Qənbərli vurğuladı ki, qərardan apellyasiya şikayəti verəcək.

 

Qeyd edək ki, Sevinc Osmanqızı hazırda ANS telekanalında yayımlanan “Cümə Sevinc Osmanqızı ilə” verilişinin aparıcısıdır.

 

Previous Post

DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ DAIMI ŞURASININ SƏDRİ ƏJDƏR TAĞIZADƏ İLƏ MÜSAHİBƏ

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİ HAKİMƏ ETİRAZ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.