Tanınmış jurnalist, satirik yazar Mirzə Sakit naməlum şəxslər tərəfindən ölümlə hədələnir. Bu barədə bu gün (05 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Mirzə Sakit məlumat verib.
“Mən bu cür tərbiyədən uzaq adamlara adətən “hoppan burdan, svoloç” deyə cavab verirəm, buna da eynilə cavab verdim. Həmin günün axşamı telefonuma yenə mesaj gəldi və bu dəfə də mesajda “sənin saqqalını qırxacam” yazıldığını gördüm. Sonradan özüm dəfələrlə bu nömrəyə zəng eləsəm də, telefon daima qapalı idi.” deyə bildirən M. Sakit əlavə etdi ki, vəziyyətlə bağlı hüquq mühafizə orqanlarına müraciət etməyi düşünmür:
“Məndən əvvəl həmkarlarımın başına bu kimi işlərin gəlib və onların heç biri araşdırılmayıb, hüquq mühafizə orqanları bu məsələlərə laqeyd münasibət göstərir, məhz bu səbəbdən heç bir yerə müraciət etməyəcəyəm”.
Qeyd edək ki, jurnalistin bizə verdiyi nömrə ilə gün ərzində əlaqə saxlamağa çalışsaq da telefon söndürülmüşdü.
Xatırladaq ki, Sakit Zahidov 2006-cı il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək üç il müddətinə azadlıqdan məhrum edilmiş və 2009-cu ilin mart ayında Amnistiya Aktı ilə azadlığa buraxılmışdır.
Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu il dekabrın 24-dən çıxır və gündəlik nəşr olunur.