JURNALİSTİN İNFORMASİYA ALMASINA MANEƏ YARADILIB

12 aprel tarixindən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı bölgə müxbiri Elman Abbasovun şəxsi mənzilində telefon işləmir.

Bu barədə RATİ-yə məlumat verən E.Abbasovun bildirib ki, Naxçıvan “ Dizayın” MMC şirkəti tərəfindən yaşadığı binada aparılan təmir işləri zamanı telefon xətti naməlum yerdən kəsilib. Bir neçə dəfə Naxçıvan şəhər ATS-nə müraciət etsə də ptoblem həll olunmayıb. “Onlara internetlə işlədiyimi, işimlə bağlı mənə tez-tez rayonlardan zəng gəldiyini bildirdim. Naxçıvan Şəhər Poçt  İdarəsinin işçiləri bir neçə dəfə gəib baxsalar da, heç bir iş görmədən çıxıb gediblər və artıq 4 gündür ki, telefon işləmir” – deyən jurnalist onu da bildirdi ki, son vaxtlar Naxçıvanda olan müstəqil jurnalistlərin ev telefonlarında müəyyən problemlər yaradılır. Rayonlardan müxbirlə olunan zənglərin qarşısı alınır və saat 18.00-dan sonra rayonlarala əlaqə saxlamaq mümkün olmur.
Previous Post

ELAN!

Next Post

“ÖLKƏ” QƏZETİNƏ QARŞI İDDİA İCRAATA QƏBUL EDİLDİ

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.