“Poliqon” İnformasiya Agentliyinin direktoru, “Milli yol” qəzetinin baş redaktoru Şahin Ağabəyli oktyabrın 27-də yol qəzasına düşərək həlak olub. Yaxınlarının verdiyi məlumata görə, qəza Bakı-Astara magistralında, Qaradağ rayonu ərazisində baş verib.
Onunla bir maşında olan həmkarı, "Yeni Çağ" qəzetinin baş redaktoru Aqil Ələsgərli isə yaralanıb. Aqil Ələsgərin idarə etdiyi avtomobillə jurnalistlər Salyana gedirlərmiş.
Belə ki, hər iki jurnalist yaralı vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılsalar da, vəziyyəti həddindən artıq ağır olan Ağabəylinin həyatını xilas etmək mümkün olmayıb.
“Media forum” xəbər saytının məlumatına görə, Aqil Ələsgərlinin isə sol ayağı sınıb. Onun sol ayağı gipsə salınıb, o, travmatologiya şöbəsinə yerləşdirilib və hazırda onun səhhəti normaldır.
Belə ki, Şahin Ağabəylinin cənazəsi Respublika Məhkəmə Tibbi Ekspertiza İdarəsinin aparılıb. Tibbi ekspertizadan sonra mərhumla vida mərasimi də Respublika Məhkəmə Tibbi Ekspertizası İdarəsinin binasının qarşısında aparılıb.
34 yaşlı mərhum jurnalist Şahin Ağabəyli bu gün doğulduğu Neftçala rayonunda dəfn olunub.
34 yaşlı mərhum jurnalist Şahin Ağabəyli bu gün doğulduğu Neftçala rayonunda dəfn olunub.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,654/lang,az/