JURNALİST VƏFA NAĞI MƏHKƏMƏ QƏRARINDAN NARAZIDIR

Bu gün (05 sebtyabr) Yasamal rayon məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə jurnalist Vəfa Nağıya (Nağıyeva) fiziki təzyiq göstərmiş Samir Mustafayevə qarşı CM-nin 221-ci (xuliqanlıq)  maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə ittihamçı Vəfa Nağı, onun nümayəndəsi Xalid Bağırov, cavabdeh Samir Mustafayev, vəkili Mahir Quliyev, dövlət ittihamçısı Ceyhun Kazımov iştirak ediblər.
Məhkəmədə ifadə verən hal şahidləri Ramil İbrahimov və Ceyhun Kazımov hadisənin baş verdiyi anda orda olduqlarını, Samir Mustafayevin  jurnalistə təzyiq göstərmədiyini deyiblər. Samir Mustafayev ona qarşı irəli sürülən ittihamda özünü qismən təqsirli bilərək jurnalisti döymədiyini iddia edib.
Jurnalist Vəfa Nağı səslənən fikirlərin doğru olmadığını, Samir Mustafayevin  nalayiq təhqirlərinə və fiziki hücumuna  məruz qaldığını məhkəməyə bildirib.
Prokuror təqsirləndirilən şəxsə altı ay azadlıqdan məhrumetmə cəzası istəyib. Hakim Samir Mustafayevin 6 ay islah işlərinə cəlb edilməsi barədə qərar çıxarıb.
Jurnalist məhkəmənin qərarından narazıdır və çıxarılmış  hökmdən apellyasiya şikayəti verəcək.
Xatırladaq ki, may ayının 23-də Reportyorların Azadlıq və Təhlükəsizlik   İnstitutunun (Obyektiv.tv) əməkdaşı Vəfa Nağıyeva  axşam  saat 21:30 radələrində ingilis dili kursundan Bakının Yasamal rayonu ərazisində kirayə qaldığı mənzilə gedərkən, məhəllədə  Samir kimi tanınan şəxs tərəfindən nalayiq təhqirlərə və fiziki hücuma  məruz qalıb. Hadisədən dərhal  sonra Vəfa Nağı Yasamal rayon 28-ci Polis bölməsinə müraciət edib.

Previous Post

DEMOKRATİK QÜVVƏLƏRİN MƏŞVƏRƏT MƏCLİSİ YARANDI

Next Post

BAKIDA VƏTƏNDAŞ CƏMİYYƏTİ NÜMAYƏNDƏLƏRİ VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİ ÜÇÜN TƏLİM KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.