NAXÇIVAN GÖMRÜYÜNDƏ JURNALİSTLƏR VƏ SAHİBKARLAR FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIBLAR

Dekabrın 8-də səhər saatlarından Naxçıvan Muxtar Respublikasının Sədərək gömrük məntəqəsində təxminən 30 nəfərdən ibarət bir qrup şəxsin mühasirəsində qalan Naxçıvanın QHT İnkişafı və Demokratiya Regional Resurs Mərkəzinin əməkdaşı İlqar Nəsibov və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun, həmçinin contact.az onlayn nəşrin reportyoru Elman Abbasov axşam saatlarında maşınla mühasirədən çıxa biliblər. Bu barədə RATİ-yə E.Abbasov məlumat verib.

Onlar gömrük məntəqəsində hüquqlarının pozulması ilə bağlı kömək üçün jurnalistlərə müraciət edən yerli biznesmen Mühəmməd Qurabanovla birlikdə fiziki təzyiqlərə məruz qalıblar. Hücumçuların əlindən xilas olmağa çalışan hər üç şəxs avtomobillə onlardan uzaqlaşmağa çalışıblar, yalnız 18.00-dan sonra buna nail olular.    

Nəsibov və Abbasov Sədərək gömrük məntəqəsinə gələrərk iş adamaının Türkiyədən gətirilən mallarının gömrükçülər tərəfindən yoxlanılması prosedurunu lentə almağa çalışıblar. Amma dərhal da mülki geyimli şəxslərin hücumuna məruz qalıblar.
“Nəticədə jurnalistlər sahibkar Məmməd Qurbanov, onun işçiləri Nadir Məmmədov və Tural Məmmədov döyülüblər. E.Abbasovun sözlərinə görə ən ciddi xəsarətlər N.Məmmədova yetirilib. Bu səbəbədən də onu polisə apararaq guya kimisə biçaqlamaqda ittiham edirlər. Habelə E.Abbasov jurnalistlərin gömrük əməkdaşlarına zor tətbiq etməkdə ittiham oluna biləcəklərini söyləyib. “Biz təqibdən yaxamızı qurtarmaq üçün maşına minəndə gömrük rəisi Məhəmməd Seyidov özünü maşına soxdu. O, videokameradan yapışdı. Maşın hərəkət eədndə onun bir ayağı yerdə idi və qışqırmağa başladı. Mən onu özümə tərəf çəkərək ayağını yerdən üzdüm. 20 metr getdikdən sonra Qurbanov maşını saxladı və gömrük rəisi kamera ilə maşını tərk etdi. İndi bizi hədələyir ki, onu oğurlamaq istəmişik. Qurbanovun iki qohumui üçün də həbs təhlükəsi mövcuddur”,-deyə E.Abbasov bildirib.

 

Photo:  http://contact.az

 

Previous Post

ANA OĞLUNUN DAXİLİ ORQANLARININ GÖTÜRÜLMƏSİ İDDİASINDA İSRARLIDIR

Next Post

ADİL İSMAYILOV MÜSTƏNTİQİN MƏHKƏMƏYƏ MƏCBURİ GƏTİRİLMƏSİNİ TƏLƏB ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.