SALYANDA SAXLANILAN JURNALİSTLƏR SƏRBƏST BURAXILDILAR

SALYANDA SAXLANILAN JURNALİSTLƏR SƏRBƏST BURAXILDILAR
Martın 26-da “Bakı” İnformasiya Agentliyinin (bia.az) direktoru Südeyf
Məcidov, icraçı direktoru Vasif Sadıxbəyli və operatoru İlham
Rəsulzadə Salyanda rayon polisi tərəfindən saxlanılıb.

Bu barədə bu
gün (27 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna
(RATİ) “Bakı” İnformasiya Agentliyinin icraçı direktoru Vasif
Sadıqbəyli məlumat verib.
V. Sadıqbəyli bildirdi ki, Salyan sakinləri tərəfindən bir neçə gün
əvvəl bia.aza rayonda magistral yolda mülki geyimli naməlum şəxslərin
bir neçə yerdə radar quraşdıraraq,  sürücüləri bu radarlarla
qorxutması və  pul yığdıqları barədə məlumat verildikdən sonra
məlumatı yerində araşdırmağa qərar veriblər və bu məqsədlə onun özü
bia.az-ın operatoru İlham Rəsulzadə ilə Salyana gediblər.
“Bizə verilən informasiyanın doğruluğunun həmin yolla  gedərkən şahidi
olduq. Biz də mülki geyimli şəxslərin radar yaxınlığında sürücüləri
saxlayıb pul tələb etdiyini videokamera ilə çəkməyə başladıq. Bu zaman
mülki geyimli şəxslər bizi görərək yaxınlaşdılar, çəkiliş üçün icazə
olmanın vacibliyini dedilər. Daha sonra isə Salyan Rayon Polis
Şöbəsinə zəng elədilər. Hadisə yerinə gələn polislər bizi Salyan Rayon
Polis Şöbəsinə apardılar. Qeyd edim ki, mülki geyimli şəxslər bizə
yaxınlaşanda, biz artıq kaseti çıxarmağa müvəffəq olmuşduq. Şöbədə  12
saata yaxın saxlandıqdan sonra avadanlıqlarımız özümüzə qaytardılar və
 bizi sərbəst buraxdılar. Hadisə ilə bağlı 102 xidmətinə də  məlumat
vermişik”.
Daxili İşlər Nazirliyinin (DİN)  mətbuat xidmətinin rəis müavini Ehsan
Zahidov bu barədə məlumatsız olduğunu desə də, müraciət olunduğu
təqdirdə,  onun araşdırılacağı, eləcə də müvafiq tədbirin görüləcəyini
bildirdi.

Previous Post

ŞƏMSİ BƏDƏLBƏYLİ KÜÇƏSİNDƏ MEMARLIQ ABİDƏSI OLAN BİNA SÖKÜLÜR

Next Post

MİLLİ MƏCLİSİN DEPUTATI VAHİD ƏHMƏDOV İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.