JURNALiSTLƏR POLİS TƏRƏFİNDƏN HADİSƏ YERİNDƏN UZAQLAŞDIRILIB

Bu gün (30 aprel) saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının 2 saylı tədris binasında qanlı hadisə baş verib.

Naməlum şəxs binaya daxil olaraq, birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atəş açıb və nəticədə 12 nəfər ölmüş, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürmüş və onun üzərindən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi tapılmışdır. DİN və Baş prokurorluğun yaydığı rəsmi məlumata görə, cinayət işinin istintaqı Azərbaycan Respublikası Prezidentinin nəzarəti altındadır.
Hadisə yerində informasiya toplamağa gəlmiş jurnalistlər binadan uzaqlaşdırılmış və insidentlə bağlı hüquq-mühafizə orqanlarının rəsmiləri tərəfindən media nümayəndələrinə açıqlama verilməmişdir.
Qeyd edək ki,  baş verən qanlı hadisədə jurnalist ailələri də ziyan çəkib. “İnterfaks” agentliyinin əməkdaşı Anar Əzizovun anası, həmin ali məktəbin müəlliməsi Tamella Əzizova da həlak olub. Bundan başqa, “Azərpress” İnformasiya Agentliyinin əməkdaşı Bəhram Rüstəmbəyovun atası, akademiyanın laboratoriya əməkdaşı Faiq Rüstəmbəyov isə yaralanıb.  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları hər iki informasiya agentliyi ilə əlaqə saxlayıblar və xəbərlər təsdiqlənib.
Hadisə ilə bağlı video və fotolara aşağıdakı linklər vasitəsilə baxa bilərsiniz:
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,237/lang,az/
              http://www.irfs.az/content/view/2254/31/lang,az/ (2 hissə)
              http://www.irfs.az/content/view/2255/31/lang,az/ (3 hissə)
              http://www.irfs.az/content/view/2256/31/lang,az/ (4 hissə)
Previous Post

AZERBAYCAN NEFT AKADEMİYASİNA SİLAHLI BASQIN OLUB 4-HİSSƏ

Next Post

“YÜKSƏLİŞ NAMİNƏ” QƏZETİ FƏALİYYƏTİNİ BƏRPA EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.