NİZAMİ RAYON MƏHKƏMƏSİ QARŞISINDA JURNALİSTLƏR POLİS TƏZYİQİ İLƏ ÜZLƏŞDİLƏR

Bu gün (07 iyun) Nizami rayon Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə “Yeni Müsavat” qəzetinə dair  Nizami rayon Məhkəməsinin 15 iyun 2010-cu il tarixli qərarının icraata yönəldilməsinə dair məhkəmə prosesi keçirilməli idi.

Amma “ Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif  Hüseyn  məhkəmənin sədri Məhəmməd Əkbərova müraciət edərək,  məhkəmə tərkibinə etirazını bildirib. Bu barədə RATİ-yə məlumat verən vəkil bildirdi ki,  etiraza səbəb, hakim Z. Əliyevin qəzetlə bağlı indiyə qədər keçirilən digər məhkəmə  prosesləri zamanı ədalətli mövqe tutmamasıdır.

Qeyd edək ki, məhkəmənin qarşısında çəkiliş apararmaq istəyən RATİ və “Turan” İnformasiya Agentliyinin əməkdaşları  məhkəmənin mühafizə polisi tərəfindən təzyiqə məruz qalıblar. Belə ki, həmin polis əməkdaşı  məhkəmənin qarşında çəkiliş aparmaq istəyən RATİ əməkdaşı Rasim Əliyevə fiziki təzyiq edib və onun əlindəki kameranı alınmağa cəhd edib.  Habelə o əxlaqsız ifadələrlə jurnalisti təhqir edib, onu şantajçılıqda ittiham edib. Habelə mühafizə polisi əraziyə polis  patrul xidmətinin əməkdaşlarının dəvət edərək jurnalistlərin həbsini tələb edib. Əraziyə gələn polis əməkdaşları isə jurnalistlər Fərqanə Novruzova, Rasim Əliyev və Ədalət Əhmədovu ərazidən uzaqlaşdırıblar.

Xatırladaq ki, qəzetə qarşı prezident İlham Əliyevin əmisi, Milli Məclisin deputatı, akademik Cəlal Əliyev iddia qaldırmışdı. İddiaya “Yeni Müsavat” qəzetinin 2010-ci il 5 yanvar tarixli sayında dərc olunan “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqalə səbəb olub. Nizami rayon Məhkəməsi 15 iyun 2010-cu il tarixdə  iddianı qismən təmin edərək, iddiaya səbəb olmuş məqalə barədə qəzetin növbəti sayında təkzib verilməsi və iddiada yer alan 50 000 (min) manat mənəvi təzminatın 1500 manat olaraq tutulması barədə qətnamə elan edib.

Qeyd edək ki, Azərbaycanın ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1989-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

 

Previous Post

07 06 2011 JURNALİSTLƏR NİZAMİ RAYON MƏHKƏMƏSİ QARŞISINDA POLİS TƏZYİQİ İLƏ ÜZLƏŞDİLƏR

Next Post

NEMƏT PƏNAHLININ MƏHKƏMƏSİ İYUNUN 10-DA DAVAM EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.